Koronavirusla bağlı daha bir sirrin üstü açıldı - Əslində ölüm səbəbi...

Koronavirusla bağlı daha bir sirrin üstü açıldı - Əslində ölüm səbəbi...
 

Ötən ilin noyabr ayından etibarən sürətlə dünyaya yayılan, 11 milyona yaxın insana yoluxan, yarım milyondan çox insanın ölümünə səbəb olan yeni növ koronavirusla bağlı "puzzle"ın daha bir hissəsi tapılıb. Belə ki, haqqında geniş və dəqiq məlumat olmayan virusla bağlı daha bir "sirr"in üstü açılıb.

Koronavirus əsasən tənəffüs yolları xəstəliyi kimi bilinsə də, bu virusa yoluxan şəxslərin bir çoxu qan laxtalanması səbəbindən dünyasını dəyişir. Statistikaya görə yeni növ koronavirusdan ölüm hallarının 30 faizi qanın laxtalanması nəticəsində baş verir.

Sfera.az  bildirir ki, ABŞ-da bununla bağlı araşdırma aparılıb və koronavirusun yaratdığı qan laxtalanmasının səbəbi müəyyənləşdirilib.

Məlum olub ki, koronavirus ağciyərdən başqa orqanların da sıradan çıxmasına gətirib çıxarır. Xüsusən də, qan laxtalanması ürək tutmaya və infarkta səbəb olur və nəticədə xəstə koronavirus səbəbli dünyasını dəyişir.

NTV-nin məlumatına görə, ABŞ-ın Yuta univeristetində Covid-19 testi pozitiv çıxan 82 nəfərin qanı analiz edilib və koronavirusun trombostitlərdəki hiperaktivliyi artırdığı aşkarlanıb.

Yuta universitetinin professoru Robert Campbell və həmkarları mexaniki ventilyator qurğusuna bağlı olan 41 nəfərin qan analizləri ilə sağlam 41 nəfərin qan analizləri müqayisə ediblər. Araşdırma nəticəsində məlum olub ki, SARS-COV-2 virusu trombositlərdə genetik dəyişikliyə səbəb olur.

Qeyd edək ki, Trombositlər - qanda mikro litrdə 200-300.000 nisbətində olur. Trombositlərin təxminən 30%-i dalaqda toplanır. Trombositlərin əsas funksiyası qanın laxtalanması ilə bağlıdır. (milli.az)

OXŞAR XƏBƏRLƏR

"Əgər koronavirusun peyvəndi və vaksini yoxdursa, insanlar necə sağalır?"- AÇIQLAMA

  Xəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun peyvəndin...

"Hell", "Red Bull" və "Bizon" koronavirus təhlükəsini artırır" — Baş infeksionist həyəcan TƏBİLİ ÇALDI

 Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev enerji içkiləri ilə bağlı həyacan təbili çalıb.   O, "Ölkə.Az”a açıqlamasında bildirib ki, s...

Azərbaycanlı həkimdən "COVİD-19"la bağlı inanılmaz iddia

  "Bir neçə ay öncə xarici jurnallardan birində məqalə çıxdı ki, əslində Uhan şəhərində koronavirusun SARS növünün daha çox yoluxma qabiliyyətinə malik ol...

Koronavirusun ağciyərlərə düşməsinin qarşısını almaq üçün nə etməli? – ÇOX SADƏ ÜSUL

  Boğazı qarqara etmək koronavirusun profilaktikasına və müalicəsinə kömək edə bilər. Sfera.az xəbər verir ki, tailandlı alimlər belə bir iddia ilə ...

Bu qan qrupundan olanlar daha tez ölür - KORONAVİRUS

  Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev insan...

Bu vitamini çatışmayan şəxslər koronavirusu ağır keçirir - NƏ EDƏK?

  Dünyanı aciz duruma salan COVİD-19 infeksiyasına qarşı Azərbaycanda da dövlət səviyyəsində müxtəlif tədbirlər görülməsinə baxmayaraq rəqəmlər göstərir k...