Koronavirusdan yenicə sağalanlara idman təhlükəlidir?

Koronavirusdan yenicə sağalanlara idman təhlükəlidir?
Koronavirus infeksiyasına yoluxduqdan dərhal sonra idmana davam etmək təhlükəlidir.

Sfera.az  "oxu.az"a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Alyona Qluşakova danışıb.

"COVID-19 təkcə tənəffüs yollarına təsir etmir. Virusun bədəndə yayılması, qan damarları da daxil olmaqla, bədənin demək olar ki, bütün toxumalarında mövcud olan membran zülalı ilə qarşılıqlı təsir nəticəsində baş verir. Xüsusilə, COVID-19 damar divarlarının tonusunu artıra və ya iltihabi autoimmun prosesə təhrik edə bilər”, - deyə mütəxəssis vurğulayıb.

Ürək-damar sisteminin əsas orqanı ürəkdir. Fiziki güc zamanı ürək döyüntüsü və qan damarlarının divarlarında qan təzyiqi daha da artır.

Buna görə də, infeksiyadan sağalandan dərhal sonra idman salonuna getməməlisiniz.

"COVID-19-un özü miokardit, miokard infarktı, ürək ritminin pozulması və ya ürək çatışmazlığı kimi fəsadlara səbəb ola bilər. Tromboz riski COVID-19-dan sonra 3-6 dəfə artır. Koronavirus infeksiyası zamanı və ondan sonra qan damarları və ürək çox yüksək gərginlik altında olur və bu, fiziki məşqlərlə ağırlaşmamalıdır”, - deyə həkim izah edib.

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...