Koronavirusdan sağalanlar bunları yeməsin

Koronavirusdan sağalanlar bunları yeməsin
Post-koronavirus dönəmində xəstələr iltihaba səbəb olan qidalardan imtina etməlidirlər.

Sfera.az xəbər verir ki, bu barədə Samara Pəhriz Terapiyası İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Qinzburq və qastroenteroloq, terapevt Nikita Xarlov məlumat verib. Bildirilib ki, koronavirusdan sağalan bədəndə iltihabi aktivlik artır. Bu, yaşla bağlı xəstəliklərin əsasını təşkil edir - hipertoniya, ateroskleroz, xərçəng. Odur ki, bu vəziyyətdə Qinzburq antiinflamatuar pəhrizin təsirli olduğunu düşünür.

"Mümkünsə şəkəri, yüksək qlisemik indeksi olan məhsulları, un, kartof və düyüdən hazırlanan məhsulları rasiondan çıxarmaq lazımdır. Həmçinin günəbaxan yağı, qarğıdalı yağı, soya yağı, marqarin, kolbasa, sosiska və rəfinə edilmiş digər ət məhsullarını", - Mixail Qinzburq bildirib.

Nikita Xarlov isə Omeqa-3 və yağ turşuları ilə zəngin qidaları rasiona daxil etməyi məsləhət görür: yağlı dəniz balığı, kətan toxumu və zeytun yağı, tərəvəzlər, giləmeyvə, çox şirin olmayan meyvələr, şəkərsiz südlü içkilər, mürəkkəb karbohidratlar - qarabaşaq yarması, yulaf və kəpəkli çörək.

"Post-koronavirus sindromu sinir sistemi səviyyəsində meydana gəlir, odur ki, sinir sisteminə reabilitasiya yaxşı təsir göstərəcək. Qanda nə qədər sərbəst karbohidratlar varsa, beyin də bir o qədər hərəkətə gəlir və qoruyucu rejimə keçir", - mütəxəssis izah edib.
 
publika.az/

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...