Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar – Ölüdən virus keçirmi?

Koronavirusdan ölənin meyitini niyə evə qoymurlar – Ölüdən virus keçirmi?
Məlumdur ki, bütün dünyada və Azərbaycanda xəstəxanalarda koronavirusdan vəfat edənləri yuyub kəfənləmək üçün evə və dini qurumlara göndərmir, bu prosedurlar elə xəstəxanada yerinə yertirilir. Meyit xüsusi maddə ilə işlənir, ailəsinə xüsusi qaydalarla təhvil verilir və meyitin evə qaldırılmasına, vida mərasiminin keçirilməsinə icazə verilmir.

Sfera.az xəbər verir ki, virusdan ölənin bədənindən canlı adamlara koronanın ötürülüb-ötürülməməsi sualının bu günə qədər dəqiq cavabı yoxdur.

ÜST tövsiyələrində bildirilir ki, vəfat edənlərin meyiti yoluxma üçün təhlükə yaratmır.
Lakin bir çox alimlər virusun yenicə rəhmətə gedənin bədənində, selikli qişalarında hələ bir müddət yaşadığını və ona toxunan insanlara keçə biləcəyini deyir.

Rusiyanın mikrobilologiya üzrə professoru Kamilə Mustafina deyib ki, ölümdən sonrakı ilk 2 sutkada bədənin səthindən və meyitin ağciyərlərindən ağız boşluğuna selik və su gəlməsini nəzərə alsaq, canlkı təmasdan yoluxma ola bilər.

"Virus aşağı hərarəti, nəmişliyi, rütubəti, təri sevir, ona görə bir müddət bədəndə canlı qala bilər. Xüsusən təhlükə meyiti yaran patoloqanatomlar və təmizlik işçiləri üçün var.

Əgər meyitə vəfat edənin yaxınları hansısa yolla açıb toxunursa, xüsusən ağız, burun hissəsi, bədən səthindəki nəm rütubət və s. yoluxma ola bilər. Ona görə meyiti xüsusi qoruyucu geyimdə olan sanitar işçilər dəfn etməlidir.

Lakin meyit 2-3 sutka qaldıqca təbii ki,orda virusun da ölümü baş verir. Müəyyən müddət sonra meyit ətrafdakılar üçün təhlükə yaratmır. Meyit dəfn olunduğu torpağa virusu keçimir”.

Qeyd edək ki, Avropa və Rusiyada koronavorus xəstələrini dəfn edənlər arasında yoluxma halları həkimlərdən az deyildi.
 
(Medicina.az)
 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başladı - RƏSMİ

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb. Bu barədə Sfera.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlu...

Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı

Siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüzdə ittiham olunan Əsgər Ağayev saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə S.Qəhrəmanl...

Ermənistan vətəndaşı Azərbaycanın yol polisinə cərimə ödəməli olacaq

Bir hissəsi Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolu boyunca keçən Syunik rayonunda (qərbi Zəngəzur) Azərbaycanla həmsərhəd olan Xndzoresk kəndinin Syunets...

8 il həbsdə yatan eks-nazir Fərhad Əliyev hazırda nə işlə məşğuldur?

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. Sfera.az ...

MN: Erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib. Bu barədə Sfera.az-a A...

Bakının bu ərazisində yaşayan sakinlər köçürülür - 27 Oktyabr saat 15:00 -a qədər...

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti kotirovka sorğusu elan edib. Sfera.az-ın məlumatına görə, sorğu Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən...