Koronavirus peyvəndinin gələcəkdəki fəsadları hələ məlum deyil - Həkim

Koronavirus peyvəndinin gələcəkdəki fəsadları hələ məlum deyil - Həkim
"Hər kəs, xüsusilə də ürək-damar xəstəlikləri olan şəxslər peyvənd olunmalıdır. Çünki virus orqanizmdə xeyli fəsadlar yaradır”.

Sfera.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Samir Əsgərov deyib.

O bildirib ki, peyvənddən sonra isə insan bədənində virusa qarşı müdafiə sistemi yaranır.

Həkim onu da qeyd edib ki, peyvəndin qoruma müddəti və ya gələcəkdəki fəsadlar barədə hələlik məlumat yoxdur:

"Xəstəliklərə qarşı olan peyvəndlər var ki, onların bəzisi müəyyən vaxtda bir neçə dəfə vurulur, bəzi isə bir dəfə ömürlük olaraq vurulur. Yəni peyvənddən sonra bədəndə yaranan antitellər ömürlük qoruyur. Koronavirus peyvəndi isə yenidir. Onun gələcəkdəki zərərlərini, fəsadlarını bilmək üçün ən az 5-10 il vaxt lazımdır. Yeni yarandığı üçün isə belə bir məlumat yoxdur”.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...