Koronavirus onları suyun altında da haqladı – SUALTI QAYIQDA VAHİMƏ

Koronavirus onları suyun altında da haqladı – SUALTI QAYIQDA VAHİMƏ

Hollandiyanın Hərbi Dəniz Donanmasının sualtı gəmisində koronavirusa kütləvi yoluxma baş verib.


Sfera.az-ın məlumatına görə, Hollandiyanın Dolfijn sualtı qayığının 8 ekipaj üzvündə koronavirus aşkarlanıb. Az əvvəl gəmidə olan 15 nəfər özlərini pis hiss etdiklərinibildirib, nəticədə ekipaj yaranmış vəziyyət haqda rəhbərliyə məlumat verib və gəmi vaxtından 2 həftə əvvəl Den Helder limanındakı bazaya qayıtmaq məcburiyyətində qalıb. Onları Şotlandiya sahillərində, Şimal Dənizi Akvatoriyasında növbə çəkən hərbçilər qarşılayıb.


Hollandiyanın Müdafiə Nazirliyi yoluxmuş şəxslərlə bağlı məlumatı təsdiqləyib. Qayıq bazaya çatdıqdan sonra bütün heyət üzvləri karantinə alınacaq və lazımi təhlillər aparılacaq. Hərbiçilər və həkimlər virusun sualtı qayığa necə yol tapdığını aydınlaşdırmalı olacaqlar. Çox guman ki, heyət üzvlərindən biri növbəyə yollananda artıq xəstə olub.

 

Hollandiya ərazisində ümumilikdə 12,5 min koronavirusa yoluxmuş şəxs qeydə alınıb.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR