Koronavirus keçirən xəstələrin 80 faizi… – Həkimdən şok açıqlama

Koronavirus keçirən xəstələrin 80 faizi… – Həkimdən şok açıqlama
Koronavirus keçirən xəstələrin 80 faizinin xəstəlikdən əvvəlki sağlamlıq səviyyəsinə qayıtmadığı ortaya çıxıb. Onların tədricən və uzunmüddətli bərpa olunmaları lazımdır.

Bu barədə kardioloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru Simon Matskeplişvili danışıb. Onun sözlərinə görə, koronavirus keçirən xəstələr çox vaxt özlərini tamamilə sağlam hiss etmədiklərindən şikayət edirlər.

"Bu gün postkoronavirus sindromunun təyin edilməsi və onun düzgün müalicəsi virusun özünün müalicəsindən az əhəmiyyət daşımır. Kiminsə yuxusu pozulur, kimlərdəsə baş ağrısı və ya əzələ ağrıları, aritmiya və ürək-damar xəstəlikləri müşahidə olunur, bəziləri isə mədə-bağırsaq problemlərindən şikayət edir. Beləliklə, postkoronavirus sindromu bir-biri ilə əlaqəsi olmadığı düşünülən çox geniş simptomları əhatə edir.

COVID-19-u keçirən insanların 80 faizi xəstəlikdən əvvəlki sağlamlıq səviyyəsinə qayıtmır: tədricən yaxşılaşmaları lazımdır. Bir insan nə qədər yüngül xəstələnirsə, postkoronavirus sindromu bir o qədər uzanır”, – ekspert əlavə edib.

Xatırladaq ki, həkimlər koronavirusun fəsad sayına görə qripi iki dəfə üstələdiyini bildirmişdi. Eyni zamanda, COVID-19-un əsas xüsusiyyətlərdən biri də nevroloji və zehni təbiətin ağırlaşmalarıdır./Publika.az/

OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...