No Image
No Image

Koronavirus keçirən kişi vaksinasiyadan bir neçə saat sonra öldü

Koronavirus keçirən kişi vaksinasiyadan bir neçə saat sonra öldü
Dekabr ayında koronavirus keçirən Kaliforniya sakini COVID-19 vaksinasiyasından bir neçə saat sonra vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə Pleyser dairəsinin şerifi bildirib.

Onun sözlərinə görə bu işi fəal şəkildə araşdıran bir neçə yerli, əyalət və federal qurum var. İstintaqın nəticələri açıqlanana qədər ölüm səbəbi ilə bağlı hər hansı bir məlumat düzgün sayılmır.

Kişinin "Moderna”, yoxsa "Pfizer” vaksini vurdurduğu da hələ dəqiqləşdirilməyib.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) iddia edir ki Birləşmiş ştatlarda təsdiqlənən və tətbiqinə başlanan hər iki preparat yorğunluq, baş ağrısı, titrəmə və qızdırma kimi bəzi yan təsirlərə malikdir.

"Lakin bu orqanizminizin müdafiə yaratdığını göstərən və bir neçə günə keçəcək normal əlamətləridir”, - deyə qurumdan bildirilib.
 
(pravda)

Turan Bank

OXŞAR XƏBƏRLƏR