Könüllülər xalqa, cəmiyyətə mənəvi dəstəklərini əsirgəmirlər

Könüllülər xalqa, cəmiyyətə mənəvi dəstəklərini əsirgəmirlər
 İnsanları vahid məqsəd, niyyət uğrunda birləşdirən, dövlətin, cəmiyyətin və vətəndaşın birgə və qarşılıqlı fəaliyyətini təmin edən "Könüllülük” Azərbaycanda vətənpərvərliyin, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılığın göstəricisidir.
Hazırda dünya ölkələrini çoxsaylı insan tələfatı ilə yanaşı, bir sıra iqtisadi, siyasi, tibbi və sosial problemlərlə üz-üzə qoyan Koronovirus pandemiyasına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, başlıca olaraq, pandemiya nəticəsində yaranmış fəsadları aradan qaldırmaq və təhlükədən daha az itki ilə çıxmağa yönəlmişdir. Daim öz iradəsi və sərbəst seçimi ilə əvəzi ödənilməyən, cəmiyyətə faydalı olan fəaliyyətlərdə iştirak edən könüllülər də hazırda ölkədə pandemiya şəraitində həyata  keçirilən  müxtəlif yönlü tədbirlərdə öz fəallığı ilə seçilən vətəndaşlarımızdandır.
Bütün dünyada pandemiyanın geniş vüsət aldığı bu  günlərdə Azərbaycan Respublikasının bir sıra dövlət qurumlarının könüllüləri tənha yaşayan ahılları, yoxsul, aztəminatlı ailələri ziyarət edir,onların gündəlik tələbatlarının, zəruri ehtiyaclarının təmin olunmasına yardım edir, vətəndaşı olduqları xalqa, cəmiyyətə mənəvi dəstəklərini əsirgəmirlər. 
Qürurverici haldır ki, paytaxt və regionlarda  "Böyüklərimizi qoruyaq” devizinə dəstək verən  könüllülər minlərlə yalnız yaşayan, köməyə ehtiyacı olan yaşlı və qocalara, şəhid ailələrinə, aztəminatlı ailələrə, fiziki məhdudiyyətli vətəndaşlara baş çəkmək, onlar üçün vacib olan ərzaq məhsullarını, dərman vasitələrini alaraq ünvana çatdırmaq kimi lazımi yardımlar göstərməkdədirlər.
Könüllülərin pandemiya şəraitində atdığı bu xeyirxah addımlar onların dövlət və xalq qarşısında təmənnasız xidmətə, sözün əsl mənasında,  "könüllü” olmasının təzahürüdür. Biz haqlı olaraq gənc könüllülərimizlə fəxr edə bilərik.
Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Ümidvarıq  ki, bu çətin pandemiya şəraiti sona çatdıqdan sonrakı zamanda da xalqımız bu xeyirxah, mənəvi dəyərlərinə sadiq qalacaqdır.
 
Nəsimi rayon könüllüsü,
Nailə Oruclu


OXŞAR XƏBƏRLƏR

"Kartdan karta" köçürmə edənlərin nəzərinə

Son zamanlar bəzi mağazalarda POS-terminal cihazları mövcud olsa da, müştərilərdən ödənişi “card to card” yolu ilə, yəni birbaşa kartdan karta pul k...

“Qırmızı Körpü” və “Samur”un ərazisi genişləndiriləcək

“Qırmızı Körpü” və “Samur” dövlət sərhəd buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sü...

BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya

Aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin ağır yaralanması ilə nəticələnən mina hadisələri ilə bağlı son xəbərlər bizi kədərləndirdi.   Sfera.a...

Azərbaycanda aktiv sürüşmə zonaları açıqlandı

Torpaq sürüşməsi Böyük Qafqazın cənub-şərq hissəsi üçün xarakterikdir. Quba, Qusar, Siyəzən, Şabran, Şamaxı, İsmayıllı, Qobustan ərazilərində sürüşmə təhlükəsi ...

Əhaliyə XƏBƏRDARLIQ: Sabah saat 10:00-dan...

Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar 08.04.2025-ci il saat 10:00-dan etibarən işlər yekunlaş...

Bu metrostansiyalar üzrə qatarların hərəkəti müvəqqəti dayandırılır

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları ...