Könüllülər – nurlu sabahdır

Könüllülər – nurlu sabahdır
 
Doğma diyarımız Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzaladı. Bu ilimizin məhz gənclər ili olacağının müjdəsi idi bu qərar. 
Tarixə nəzər salsaq görərik ki, könüllülük fəaliyyəti ilə ilk dəfə XVII əsrdə Fransa ordusunda təzahür edib. XX əsrdə isə dünyada yayılmağa başlayıb. Azərbaycanda isə könüllülük hərəkatında yüksəliş ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir.
Bu, gələcəyimiz olan gənclərimiz üçün bir nurlu işıq yolu oldu. Gənclər bu cığırla gedərək daha düzgün istiqamətdə olduqlarının fərqinə vardılar. Çünki bu yol onlara kömək etməyi, dərdlərə məlhəm olmağı, yağışda çətir, qaranlıqda ziya olmağı öyrətdi. 
Bu yolun sonu işıqlı sabah, aydın səma, əzəmətli Azərbaycan və gözəlliklərə qərq olmuş Vətəndir. Biz bu yolu tərtəmiz vicdanla addımlamalı, açıq alınla yolumuza davam etməliyik. Vətənə sədaqət və vəfamızı etibarlı əməllərimizlə sübut etməliyik. 
Könüllülük həm də xeyirxahlıq deməkdir. Yardım etməyin nə qədər ülvi hiss olduğunu gənclərin dərk etməsi və özlərindən sonrakı gənclərə bu cür örnək olması təqdirəlayiq hal, alqışlanası davranışdır. Könüllülər adı özü bir azadlıq toxumudur sanki. Heç bir məcburiyyət olmadan bu toxumu əkib, böyüdüb, becərib və gözəlləşdirmək könüllü gənclərin öhdəsinə düşür. Vətəndaşlarla ünsiyyət, onlara xidmət, dövlət, özəl qurumların yaxından öyrənilməsi həm də potensiallı kadrların yetişməsi deməkdir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkəmizdə müxtəlif sahələrdə beynəlxalq tədbirlərin təşkili könüllülük fəaliyyətini daha da zəruri edir. Onlarla beynəlxalq səviyyəli tədbirdə Azərbaycandan on minlərlə gənc könüllü kimi iştirak edib.
Beləliklə, könüllülük fəaliyyəti hər bir gəncin uğurlu fəaliyyətinin başlanğıcı, həyatının dönüş nöqtəsidir...

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...