Könül Nurullayeva: “İranın əsas aqressiyası Azərbaycanın məlum narkotrafik marşrutunu bağlaması ilə əlaqədardır”

Könül Nurullayeva: “İranın əsas aqressiyası Azərbaycanın məlum narkotrafik marşrutunu bağlaması ilə əlaqədardır”
Ermənistanın 30 illik işğal dövründə Azərbaycana məxsus ərazilərdə bütün infrastruktur, tarixi və dini abidələri dağıtması MDB dövlət başçıları Şurasının iclasında dövlət başçımız tərəfindən gündəmə gətirildi. Bu kontekstdə cənub qonşumuz İranın da Ermənistanla birlikdə bu prosesdə iştirak etdiyi diqqətə çatdırıldı. 67 məsciddən 65-inin dağıdılması, saxtalaşdırılması, qalanlarının isə tövlə məqsədilə istifadə edilməsi müsəlmanların heysiyyatını bilərəkdən təhqir etməkdir. Amma təəssüf ki, islam ölkəsi olan İran nəinki bu prosesə mane olub, əksinə iştirakçı olub. Məsələ burasındadır ki, işğal dövründə İranın Ermənistana təsir imkanları olduğu halda bunu etməyib.

Təsadüfi deyil ki, Şuşada 17 məsciddən 16-sı dağıdılıb, biri isə tolerantlıq görüntüsü yaratmaq üçün elə İran mütəxəssislərinin iştirakı ilə bərpa edilib. Daha doğrusu, saxtalaşdırılıb. "Evlər, binalar kərpicinə kimi sökülərək Ermənistana və İrana satılıb. Bütün bunlar Ermənistanın vandallıq irsinin göstəricisidir” deyən dövlət başçımızın diqqət çəkdiyi ən vacib məqamlardan biri də vaxtilə işğal altında saxlanılan ərazilərimizdən narkotrafik məqsədilə istifadə olunmasıdır.

Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını alıb. Cari ildə İranla sərhədin digər hissələrində saxlanılan heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Bu isə göstərir ki, 30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik məqsədilə istifadə edib. Azərbaycan əvvəllər də həmin ərazilərin narkotrafik və terrorçu düşərgələri üçün istifadə olunduğunu dəfələrlə bildirib. Əslində bu fakt İranın son vaxtlar ölkəmizə qarşı qıcığının əsas səbəblərindən biridir. Yəni, İranın bütün davranışları İslam həmrəyliyi ilə ziddiyyət təşkil edir. Bu illər ərzində əksər müsəlman ölkələri Azərbaycana qarşı işğal siyasətinə görə Ermənistanla diplomatik münasibətlər qurmadığı halda cənub qonşumuz əksinə terrorçu dövlətin əlini gücləndirib. Bu səbəbdən münaqişənin həllinin uzanmasında əslində İran da məsuliyyət daşıyır. Çünki işğal siyasətinə görə təcrid vəziyyətinə düşən Ermənistanın yeganə nəfəsliyi İran idi. Bu nəfəsliyin vaxtında kəsilməsi münaqişənin vaxtında həllinə imkan yarada bilərdi. Amma cənub qonşumuz bunun əksini etdi.
 
44 günlük savaşdan sonra artıq bu cür manevr imkanları tükənib. Artıq Ermənistanı revanşizmə həvəsləndirmək nəticə verməyəcək.

Azərbaycan sülh prosesinə, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara hazırdır, bir şərtlə ki, qarşılıqlı şəkildə ərazi bütövlüyü tanınsın. Azərbaycan sülh razılaşması ilə bağlı danışıqlara, qalib ölkə kimi münasibətlərin normallaşmasına hazırdır. Dövlət baçımız MDB sammitindən də mövcud reallığın Ermənistanın son şansı olduğunu bir daha bəyan etdi. Bu, həm Ermənistana, həm də bölgədə sülhü pozmaq istəyən dairələrə ünvanlanan mesaj idi.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda bu gün 26 530 nəfər vaksinasiya olunub. Sfera.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. ...

Yoluxanların bu günə olan statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1662 yeni yoluxma faktı qeydə alınıb, 2 391 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabin...

Təhlükəli “Omikron” ştammı yayılır: Azərbaycan bundan qorunmaq üçün nə etməlidir? - AÇIQLAMA

"Bütün dövlətlərin atdığı addım kimi Afrikadan gələn vətəndaşların test olunması və 14 gün karantində oturması təmin olunmalıdır". Sfera.az  xəbər ve...

Sabaha olan hava proqnozu

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Sfera.az  Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadası...

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib? - AÇIQLAMA

Ağdaş rayon sakini Məhərrəmova Nəzakət 21 yaşlı qızı Məhərrəmova Arzu Eldəniz qızının xəstəliyinə görə əlillik dərəcəsi ala bilmədiyini bildirib.   Sfe...

Oliqarx Mehrac Babayevin qalmaqallı xəstəxana tikintisi: məmur rüşvətə görə həbs olundu

Rusiyanın Nijnevartovsk şəhərində "Əsaslı Tikinti İdarəsi" dövlət şirkətinin regional filialının direktoru Aleksandr Makarikov 35 milyon rubl rüşvət almağa görə...