Konfrans Liqası: \"Qarabağ\" bu gün \"Kayrat\"la qarşılaşacaq

Konfrans Liqası: \
"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Sfera.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 3-cü sınağında Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə səbəbindən görüşü buraxacaqlar. Qonaqlarda isə komandanın bombardiri Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaq. Şuşenaçev zədəyə görə oynamayacaqsa, erməni müdafiəçi öz istəyilə Bakıya gətirilməyib.

Hazırda "Qarabağ" 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan "Kayrat" isə 3-cü pillədə qərarlaşıb.

Bu qrupun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq.

UEFA Konfrans Liqası, qrup mərhələsi

H qrupu

III tur

20:45. "Qarabağ" (Azərbaycan) - "Kayrat" (Qazaxıstan)

Hakimlər: Yevgeni Aranovski, Semyon Şlonçak, Andrey Skripka, Vitali Romanov (Ukrayna)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Xal durumu: "Qarabağ" - 4, "Bazel" - 4, "Kayrat" - 1, "Omoniya" - 1.

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...