Kliçko Zelenskini hədələdi

Kliçko Zelenskini hədələdi
 

Əgər məni Kiyev meri vəzifəsindən azad etsələr, avropalı tərəfdaşlarımıza müraciət edəcəyəm.

Bunu "RBK Ukrayna”ya müsahibəsində Kiyev meri Vitali Kliçko deyib.

"Mən məhkəmə instansiyalarına, avropalı tərəfdaşlarımıza müraciət edəcəyəm. Əgər biz demokratik dövlət qurmaq istəyiriksə, vətəndaşların fikirlərinə laqeyd qalmağımız doğru deyil”, – deyə o bildirib.

Kliçko Trampın vəkili Rudolf Culiani ilə özünə dəstəkçi axtardığı üçün yox, Ukraynaya tərəfdaş lazım olduğu üçün görüşdüyünü bildirib: "Mənə dəstək lazım deyil, tərəfdaş lazımdır. Tərəfdaşlarımızın dəstəyi olmadan Ukrayna bu gün mövcud olmazdı. Biz Rusiya imperiyasının tərkib hissəsi idik və bu, heç kimə sirr deyil”.

Qeyd edək ki, Kiyev şəhərinin meri seçki ilə seçilir və onun vəzifədən çıxarılması mümkün deyil. Kiyev meri yalnız təzyiqlərlə istefa ərizəsi yaza və yaxud hansısa cinayət işinə cəlb edildiyi halda vəzifə səlahiyyətlərinə xitam verilə bilər.

Yeri gəlmişkən, virtualaz.org xatırladır ki, bir müddət əvvəl Ukrayna Prezident Administrasiyasının Kliçkonu vəzifəsindən azad etmək planı olduğu haqda məlumat yayılmışdı. Daha dəqiq desək, Ukrayna Prezidentinin Aparatı Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçkonun işdən çıxarılması üçün Nazirlər Kabinetindən təqdimat göndərilməsini istəyib. Bunu Baş nazirin mətbuat katibi Vasili Ryabçuk da təsdiqləyib: "Belə müraciət var, indi ona müəyyən olunmuş qaydada baxılır".

Dünən isə Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko Kiyevin meri Vitali Kliçko ilə birlikdə Prezident Vladimir Zelenskiyə qarşı birləşdiyini bəyan edib. Lyaşko öz "Feysbuk” səhifəsində yazıb: "Gözəl xəbər: Biz Vitali ilə birlikdə öz gücümüzü "Yaşıl vəba” hücumuna qarşı birləşdirməyə qərar verdik”.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...