KİV: Dibala barədə dezinformasiyaları Ronaldu yayır

KİV: Dibala barədə dezinformasiyaları Ronaldu yayır
 

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu komanda yoldaşı Paulo Dibalanın sağlıq durumu haqqında yalan məlumatlar yayır.  

Sfera.az xəbər verir ki, belə iddia ilə "Corriere dello Sport" nəşri çıxış edib. Mətbu orqan iddia edir ki, hazırda Madeyrada karantində olan 35 yaşlı portuqaliyalı hücumçu İtaliyaya qayıtmaq istəmir.

O, evdə qalmaq üçün komanda yoldaşları, xüsusən də Dibalanın yeni müsbət test nəticələri barədə mediaya dezinformasiyalar ötürür. Daha əvvəl argentinalı hücumçunun dördüncü dəfə koronavirusa yoluxduğuna dair xəbərlər yayılıb. Futbolçunun rəfiqəsi Oriana Sabatini isə bu məlumatı təkzib edib. 

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a keçib. 35 yaşlı hücumçu bu mövsüm İtaliya A Seriyasında 22 oyunda meydanı çıxıb, 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

A Seriyası XXVI turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla "Yuventus” başçılıq edir.


OXŞAR XƏBƏRLƏR

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...