\"Kişi qazancını qadınla mütləq bölməlidir, İslam da bunu deyir\" - Tanınmış aparıcı

\
"Qadını evdə işlədib, bu onun "borcudur" təfəkküründə olan  insanlarla çox uzağa getməyəcəyik”.
 
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı Tural Yusifov millət vəkili Musa Quliyevin "Kişilər ev işlərinə görə həyat yoldaşlarına pul ödəməlidir” təklifinə münasibət bildirərkən deyib.

Aparıcı qeyd edib ki, həyatı bölüşmək lazımdır:

"Qadının işi yalnız ev olmamalıdır. Qadın oxumalıdır, işləməlidir. Kişi yalnız ehtiyyat hissəsidir. Məsələ qadının üzərində qurulub. Bu arada, özünə müsəlman deyən toplum İslamda olan bir neçə məsələni unudub deyəsən. Qadın uşağa verdiyi südün pulunu kişidən istəyə bilər. Kişi qazancını qadınla mütləq bölməlidir. Qadın isə kişi ilə bölməyə bilər. Əgər İslamdan danışırıqsa, İslam da bunu deyir. Yalnız millət vəkili deyil”.

Yusifov bildirib ki, deputat ömründə bir dəfə ağzını düz söz desə də, seksist söhbətlər aləmi basıb:

"Qadın seksual obyekt, hislərimizin təmin olunması, ev işləri görüb uşaqlara baxan varlıq deyil. Qadına qul kimi baxan, çevrilib onu dünyaya gətirən anaya baxsın. Sən sadəcə sperma gəzdirən bankasan. O, isə həyat verir. Həyata yalnız lağ-lağı prizmasından baxmaq lazım deyil. Yumor hissiniz zəif, zarafat obyektiniz isə səhvdir”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...