“Kim yuxudan tez dursa, bir şlaqbaum qoyur” – Parkanmadan böyük pullar qazanan “X” şirkət kimindir?

“Kim yuxudan tez dursa, bir şlaqbaum qoyur” – Parkanmadan böyük pullar qazanan “X” şirkət kimindir?
"Uzun müddət keçməsinə baxmayaraq, ölkəmizdə həllini tapmayan problemlərdən biri də məhz parklama sistemi ilə bağlıdır. Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə BNA-ya parklamaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydalar müəyyən etmək tapşırılıb. Ötən müddət ərzində Bakıda bir xeyli parklama yerləri müəyyən edilib, lakin vahid bir sistem ortada yoxdur”.

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, indiyədək əksər parklama yerlərindən yığılan pulların BNA-ya aidiyyatı yoxdur:

"Ümumiyyətlə BNA bildirir ki, parklamadan yığılan pullar tam olaraq qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər hansısa bir "X” şirkətinin nəzarətindədir. Səbəb də ondan ibarətdir ki,  hökumət saat hesabı parklama tariflərini 4 ildir ki, müəyyən edə bilmir. BNA rəsmisi dəfələrlə bildirib ki, Prezident fərmanının icrası ilə bağlı, parklama yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Hökumət isə göründüyü kimi uzun müddətdir, problemi həll etmək istəmir”.

O.Gündüz qeyd edib ki,  bəzi yerlərdə səhər kim tez yuxudan dursa, parklamanın idarəedicisi o hesab olunur: "Bəzən müşahidə etmək olar ki, kimsə  dövlətə məxsus olan parklama ərazisinə şlaqbaum yerləşdirir. Bütün parklama yerlərini vahid bir sistemdə birləşdirmək, vahid tariflər müəyyən etmək , bunun la bağlı  bir mobil tətbiq hazırlamaq, normal bir ödəniş sistemi qurmaq zamanı çoxdan çatıb.

Görünür ki, hazırda parklamaya kimlər nəzarət edirsə, hökumətə təsir imkanları yetərincə güclüdür ki,  BNA rəhbəri Vüsal Kərimli 4 ildir ki,  qanunvericiliklə ona verilən səlahiyyəti  icra edə bilmir.
 
Maraqlıdır ki , BNA parklamanın tariflərini həll edə bilməsə də, vahid parklama ilə bağlı normal bir informasiya sistemi qura bilməsə də,  qanunsuz parklama ilə bağlı video müşahidə sistemini, yəni cərimə sistemini həll edə bilib. Bu məqsədlə BNA təkcə ötən il Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə video müşahidə sisteminin qurulması üçün SİNAM şirkətinə 6 000 000 manat ödəyib. Son zamanlar Prezident Administrasiyasında dövlət nəzarətinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Ümid edək, cari ildə nəhayət ki, bu problem də öz həllini tapacaq”.
 
Günay Rəsulqızı
 
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...