Kim güclüdür? Hindistan, yoxsa Pakistan - Statistika

Kim güclüdür? Hindistan, yoxsa Pakistan - Statistika
Hindistan və Pakistan arasında qarşıdurma davam edir. Əslində iki ölkə arasında baş verən münaqişənin tarixi çox uzundur.  Son günlər iki ölkə arasında ciddi qarşıdurmaların daha da artması yeni dünya savaşının başlanğıcı kimi dəyərləndirirlər. 
 
Müharibə olacaqmı? Ekspertlər indi də hər iki ölkənin gücünü araşdırır, ölkələrin silah ehtiyyatını dəqiqləşdirirlər. O zaman hansı ölkə silah arsenalına görə öndədir. Sfera.az saytı hər iki ölkənin silah arsenalı haqqında araşdırmanı təqdim edir.
 
Hindistan Silahlı Qüvvələri
 
Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən hazırlanan "Hərbi balans-2018" illik bülleteninə əsasən, Hindistanda Silahlı Qüvvələrin aktiv tərkibinə 1 milyon 359 min əsgər daxildir (1,2 milyon - ordu, 58 min dəniz, 127 min - Hava Qüvvələri, 9,5 min - Sahil Təhlükəsizlik). Hindistanın 1 milyon 155 min isə ehtiyatda qüvvəsi var. 2017-ci ildə qəbul edilən Hindistanın  hərbi doktrinası ABŞ-ın və NATO-nun hərbi doktrinası ilə eynilik təşkil edir.
Müdafiə sahəsində Hindistan əsasən Birləşmiş Ştatlarla əməkdaşlıq edir, əsasən avadanlıq və texnologiyaların təkmilləşdirilməsinə yönəldilmiş proqram çərçivəsində bu əməkdaşlıq davam edir. Hindistan ordusunun 3097 tankı (Hind Arjun, Sovet və Rus T-72 və T-90 modifikasiyaları), 2500 BMP, 336 BTR, 9 684 topçu silahı, 275 helikopteri  var.  Hind dəniz donanmasında 14 sualtı, 28 döyüş gəmisi, 13 frigata , 108 patrul gəmisi, 10 eniş gəmisi, 31 dəstək gəmisi var. Ölkə Hava Qüvvələrində 849 döyüş təyyarəsi, 62 MiG-29, 117 Jaguar, 561 döyüş bombardmançısı, 339 təlim, 3 kəşfiyyat təyyarəsi və 6 tankeri var. Hava qüvvələrinin tərkibində  19 Mi-35 yerüstü hücum helikopteri, 387 müxtəlif məqsədli helikopteri var.
 
Pakistan Silahlı Qüvvələri
 
Pakistan silahlı qüvvələrinin 653,8 min əsgər və zabiti var. 
 
Çin Pakistanın  əsas müttəfiqi sayılır. Pakistan ordusu 2,461 tank, 1 605 zirehli transpartyor ,4 472 artilleriya silahı, 243 helikopterdən ibarətdir. Pakistan Hərbi Hava Qüvvələri 425 döyüş təyyarəsindən, o cümlədən 153 döyüş ,10 kəşfiyyat, 35 təlim təyyarəsindən ibarətdir. 
Göründüyü kimi silah baxımından daha güclü Hindistandır. Lakin hərbi ekspertlər hesab edir ki, Pakistan  hərbi güc baxımından zəif hesab etmək olmaz. Çünki Pakistan ordusu daha nüasir və formalaşdırılmış orduya malikdir. Yəni əsas say çoxluğu deyil peşəkarlıqdır.


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...