Kərimdən qalmaqallı açıqlama: “Arvaddan qorxuram” - VİDEO

Kərimdən qalmaqallı açıqlama: “Arvaddan qorxuram” - VİDEO

ARB TV-də yayımlanan "Ona qalsa” səhər şousunun qonağı olan müğənni Kərim Abbasov canlı yayımda dilə gətirdiyi fikirləri ilə gündəmə gəlib. 

Sfera.az xəbər verir ki, proqramın aparıcısı, şairə Nazilə Səfərlinin Kərimə "Səni gecə yığıncaqlarında qızların arasında görürəm. Niyə o görüntüləri paylaşmırsan?” sualına Abbasovun reaksiyası gözlənilməz olub. "Nə bilim... Arvaddan qorxuram, ona görə. Axşam evdə qırğın olacaq” - deyərək, fikirlərini belə davam etdirib:

"Özü də bizim evdə Renkaya qarşı qısqanclıq lap çoxdur. Niyə görə? Çünki axırıncı klipimiz Renka ilə oldu. Klip sosial şəbəkələrdə partlayışa səbəb oldu. Çox danışdılar ki, Kərimlə Renkanın arasında nəsə var.

 

Yoldaşımın da xətrinə dəydi ki, sizi niyə bir yerə calayırlar? Deyirəm, dostumdur... Klip zamanı evdəkinə zəng edirəm. Şokda kimi danışır. 3-cü xətdə də qaynım var idi. Deyir ki, kef elə, kişisən sən. Yoldaşım da deyir ki, nə kef etsin, onun ayağının altına qaz verirsən.

O vaxt qanımızın arasına qaynım girdi. Bu gün kim girəcək, bilmirəm”.


Qeyd edək ki, müğənni K.Abbasov prodüser Təranə Səmədova ilə boşandıqdan sonra ikinci dəfə Təranə adlı xanımla ailə qurub. Onun bu evliliyindən Yusif adlı oğlan övladı var. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...