Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi bu sahədən xəbərsizdir – Ekspertdən sərt sözlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi bu sahədən xəbərsizdir – Ekspertdən sərt sözlər
 

"İstehsalı həyata keçirmək və prosesi idarə etmək üçün mütəxəssislərin olmaması ərzaq buğdasının daxili imkanlar hesabına təminatına imkan vermir”.


Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın hələ də ərzaq buğdasına olan tələbatı idxal hesabına ödəməkdə davam etməsinə münasibət bildirərkən aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov deyib:


"Azərbaycanın daxili imkanlar hesabına ərzaq buğdası ilə təminatı istiqamətində aparılan işlər imitasiya xarakterlidir. Bu sahəyə subsidiya formasında ayrılan maliyyə resursları məmurlar tərəfindən mənimsənilir. Digər tərəfdən, daxili istehsal hesabına ərzaq buğdası ilə təminatla bağlı maddi-texniki bazanın möhkəmlənməsi istiqamətində də hər hansı ciddi addımlar atılmayıb. Yeni məhsuldar sortların yaradılması istiqamətində işlər görülmür. Əldə olunan məhsulun kondisiyaya çatdırılması, çeşidlənməsi istiqamətində işlər görülmür”.

 

Həmsöhbətimiz bildirib ki, aydiyyatı quruma rəhbərlik edənlər mütəxəssis olmadığından ərzaq buğdası sahəsində ciddi dönüş olacağını gözləmir:

 

"Kənd Təsərrüfatı Nazirliyində çalışan yüksək ranqlı məmurların heç biri bu sahə üzrə mütəxəssis deyil. Kənd təsərrüfatı naziri və müavinlərindən biri hüquqşünasdır, digər müavin isə tikinti üzrə mütəxəssisdir, başqa biri də aqrar sahəyə aid olmayan iqtisadçıdır.Ərzaq buğdası ilə bağlı yaşanan problem də əsasən məhz buradan qaynaqlanır. Yəni, quruma rəhbərlik edənlər peşəkar deyilsə, ərzaq buğdası sahəsində də nəyəsə nail olmaq mümkün deyil. Bütün ölkələrdə kənd təsərrüfatı nazirləri bu sahənin adamlarıdır. Avropa ölkələrinin əksəriyyətində kənd təsərrüfatında çalışanlar fermerlər aqronomlar, heyvandarlıqla məşğul olanlar da baytar həkimləridir. İndilikdə bu sahədə dağınıqlıq, pərakəndəlik, qeyri-peşəkarlıq hökm sürür. Qeyri-peşəkarlar isə bu işin öhdəsindən gələ bilmir. Məsələyə kompleks yanaşmalıyıq. Topraqlar münbitliyini itirir. İstehsal vasitələrinə olan tələbat ödənilmir. Gübrə qaydasında verilmir, üzvü gübhə isə ümumiyyətlə verilmir. Növbəli əkin sisteminə riayət olunmur, su təminatı lazımınca həyata keçirilmir. Keyfiyyətsiz toxumdan istifadə olunur. Kifayət qədər texnika olmadığından yığım gecikir.Aqrotexniki qaydalara əməl olunmadığından bitki zəif olur. Deyə bilərəm ki, gələcəkdə də ərzaq buğdası ilə daxili imkanlar hesabına təminat öz həllini tapmayacaq. Odur ki, Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını idxal hesabına ödəməyə məcburdur”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Britaniyada ən çox axtarılan terrorçulardan biri həbs edilib: FTB 20 ildən çox axtarış aparıb

2003-cü il hücumlarını törətməkdə şübhəli bilinən 46 yaşlı ABŞ vətəndaşı Daniel Andreas San Dieqo Britaniya hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. &n...

Paytaxtın bəzi küçələrində təmir işləri YEKUNLAŞDI

İqlim dəyişmələri ilə mübarizənin başlanğıcı hesab edilən COP29-a hazırlıq prosesi qısa çəksə də, ölkəmiz bu işin də öhdəsindən layiqincə gəlib.   Pa...

Yerin ən əlverişsiz iqlimi olan bölgələri müəyyən edilib - FOTO

Londondakı Beynəlxalq Tətbiqi Sistemlərin Təhlili İnstitutunun (IIASA) və Nyu-Yorkun Kolumbiya Universitetinin alimləri iqlim təhlükəsi zonalarının ilk qlobal x...

İndiyə qədər görülməmiş saxta sonsuzluq müalicəsi sxemi ifşa olunub

Nigeriyada saxta doğuş klinikası ifşa edilib. Müəssisənin həkimləri qadınlara naməlum dərmanlar vuraraq hamilə olduqlarına inandırıb, sonra isə başqalarının uşa...

Quş ətinin qiyməti KƏSKİN ARTDI

Quş ətinin qiyməti artıb.   Sfera.az bildirir ki, paytaxt sakinlərinin sözlərinə görə, əvvəllər 17, 18 manata aldıqları hinduşka əti indi 19-20 manat...

5 hərbçinin ölümü ilə bağlı cinayət işi açıldı

Tovuzda 5 hərbi qulluqçu olmaqla, 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.   Sfera.az xəbər verir ki, qəza ilə ba...