Kənd təsərrüfatı istehsalçılarının sığorta dərdi – ÇIXIŞ YOLU NƏDİR?

Kənd təsərrüfatı istehsalçılarının sığorta dərdi – ÇIXIŞ YOLU NƏDİR?

Son günlər Azərbaycanın qərb və şimal-qərb regionlarında havaların qeyri-sabit keçməsi, güclü külək əsməsi, dolu düşməsi kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurub. Meyvə, tərəvəz və bostan bitkiləri yetişdirən kənd təsərrüfatı məhsullarının istehsalçıları bu vəziyyətdən xeyli zərər görüb.


Sfera.az xatırladır ki, hər dəfə havaların qeyri-sabit keçməsi nəticəsində kənd təsərrüfatına zərər dəydikdə sığorta məsələsi yenidən aktuallaşır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının bildirdiyinə görə, onların böyük əksəriyyətinin sığortası olmadığından belə vəziyyətdə ziyanı özləri qarşılamalı olur.

Aqrar sahədə sığorta məsələsi problemli məsələdir və onun həllinin 2020-ci ildə təmin ediləcəyi gözlənilir. Sfera.az xatırladır ki, 2020-ci ilə qədər ölkəmizdə "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun qüvvədə olub və həmin qanunun tətbiq edildiyi müddətdə kənd təsərrüfatında sığorta problemi öz həllini tapmayıb. Bu səbəbdən yeni qanuna ehtiyac yaranıb.


"Aqrar sığorta haqqında” Qanun 2019-cu ilin iyun ayında qəbul edilib. 2020-ci ilin yanvarın 1-dən qanun qüvvəyə minib. Qanuna uyğun olaraq Baş nazirin qərarı ilə Aqrar Sığorta Fondunun Nizamnaməsi qəbul edilib. Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat, 2020-ci ilin dövlət büdcəsindən 5 milyon manat ayrılıb. 2021-ci ilin dövlət büdcəsindən isə daha 3 milyon manat ayrılacaq. Bu qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir. Yəni, sığorta haqqının bir hissəsini məhsul istehsalçısı, digər hissəsini dövlət ödəyəcək.

 

Qanunun qəbulundən sonra aqrar sığorta ilə bağlı sığorta məhsullarının təqdim edilməsi və sığorta haqlarının müəyyən edilməlidir. Qanunvericiliyə əsasən Aqrar Sığorta Fondu pul yığa bilməz, ona görə də sığorta haqlarını toplamaq üçün yeni bir qurum, şirkət yaradılmalıdır. Gözlənilir ki, yeni qurum mövcud sığorta şirkətlərinin ortaq təsisçiliyi ilə yaradılacaq. Aqrar sığorta haqlarının toplanmasını həyata keçirəcək sığorta şirkətinə lisenziya verilməsi üçün Mərkəzi Banka müraciət də edilib. Mərkəzi Bankın qərarından sonra aqrar sığortanın tətbiqi mümkün olacaq.

 

Prosesləri Aqrar Sığorta Fondu idarə edəcək. Fondun Himayəçilik Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi olacaq. Gözlənilir ki, 2020-ci ilin ikinci yarısından etibarən sığorta məhsullarının istehlakçılara təqdim edilməsinə başlanılacaq.


Qeyd edək ki, kənd təsərrüfatında sığorta olduqca vacibdir. Kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha riskli sahə olduğundan burada sığortasız gəlir əldə etmək çətindir. Aqrar sektorda istehsalçıları normal sığorta təminatı əldə etsə, onların investisiya cəlbedicilyi artacaq və sektora böyük həcmdə kredit qoyuluşu baş verəcək. Aqrar sahədə risk dərəcəsi yüksək olduğuna görə sahibkarları müvafiq risklərdən arzuedilən səviyyədə qorunması çox önəmlidir. Risklər sığortalanarsa kreditləşmə, investisiya qoyuluşu stimullaşacaq. Heç bir ölkədə sığorta sistemi olmadan aqrar sahəyə kütləvi və davamlı kredit qoyuluşu olmur. Ona görə də bütün məsələlər ilk növbədə sığorta sisteminin işləməsindən asılı olacaq.

 

Sığorta sisteminin normal işləməsi ikitərfli məsələdir. Birincisi, mexanizm təkmil olmalıdır, kənd təsərrüfatı istehsalçıları üçün əlverişli şərait yaratmalıdır. Amma digər vacib olan məsələ kənd təsərrüfatı məhsullarının istehsal prosesinin keyfiyyətli təşkilidir. Keçirilən sorğulara görə, fermerlər, istehsalçılar öz təsərrüfatlarının qorunmasında maraqlıdır. Lakin sığorta şirkətləri aqrar sahənin sığortalanmasına maraq göstərmir. Onların da haqlı səbəbləri var. Çünki aqrar sektor çox riksli sahədir. Qanunun işləməsi qorxunu, narahatçılığı aradan qaldıracaq.


Təbii fəlakətləri, qeyri-sabit hava şəraitini nəzərə alaraq sığorta vacibdir. Ölkəmizdə yaz və payız mövsümündə təbii fəlakətlər meydana gəlir. Hər dəfə dövlət səviyyəsində fəsadların aradan qaldırılması ilə bağlı tədbirlər görülsə də, bu, yetərli olmur. Buna görə də hökmən sığorta qanunun tətbiqi təmin edilməli və kənd təsərrüfatı istehsalçılarının riskləri sığortalanmalıdır.

 

 

 

Vasif

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

Sərt karantin rejimi uzadılacaq? — RƏSMİ AÇIQLAMA

8 rayon və şəhərdə tətbiq edilən sərt karantin rejiminin uzadılıb-uzadılmaması situasiyadan asılı olacaq, bu, hələlik müzakirə olunmur. Sfera.az xəbər ve...

Ramin Bayramlı Operativ Qərargahın brifinqində niyə iştirak etmir? - AÇIQLAMA

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı son günlər Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinq...

Nazim İbrahimov bu vəzifəsini də itirdi – YENİ TƏYİNAT

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov daha bir vəzifəsini itirib. Sfera.az-ın məlumatına görə, o Nizami Gəncəvi Beynəlxalq M...

"E-Təbib” mobil tətbiqi bizə nə verəcək? – Ekspert RƏYLƏRİ

"E-Təbib” mobil tətbiqilə insanlar virusla bağlı daha dolğun və operativ məlumatlar alacaq”. Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun yayılması...

Səfər Əbiyevin "biznes ortaqları" niyə fəallaşıb? - ŞOK SƏBƏBLƏR

1990-cı ilərin ortlarında Qarabağda gedən qızğın döyüşlərdən sonra yeni-yeni özünə gəlməyə çalışan Azərbaycanda nizamlı Ordu yaradılmağa başlandı. Ordunun güc...

Hamının Prezident İlham Əliyevə bənzətdiyi bu şəxs kimdir? - VİDEO+FOTO

Bir neçə gündür ki, sosial şəbəkələrdə prezident İlham Əliyevə oxşarlığı ilə diqqət çəkən şəxsin videosu böyük marağa səbəb olub. Bildirək ki, bu görünt...