Keçmiş sevgilisi məşhur modeli gecə klubunda döydü: Burnu sındı - FOTOLAR

Keçmiş sevgilisi məşhur modeli gecə klubunda döydü: Burnu sındı - FOTOLAR
Türkiyəli model Gizəm Akbaş keçmiş sevgilisini şikayət edib.
 
Sfera.az bildirir ki, buna səbəb modelin ötən gecə onun tərəfindən şiddətə məruz qalması olub. Belə ki, Gizəm dostları ilə birlikdə gecə klublarından birinə gedib və əyləncənin görüntülərini sosial media hesabında sevənləri ilə paylaşıb.

Bunu görən keçmiş sevgilisi Mücahit İsmayıl Ayta məkana gələrək mübahisə yaradıb. O, Akbaşa yaxınlaşaraq qəfildən üzünə yumruq atıb və dəfələrlə təpikləyib. Burnu qırılan model yerə yıxılsa da, eks-sevgilisi dayanmayıb. Ətrafdakıların köməyi ilə Mücahit İsmayıl uzaqlaşdırılıb.

Yaşadığı hadisədən sonra açıqlama verən Gizəm Akbaş təxminən bir il əvvəl xəyanətə görə sevgilisindən ayrıldığını söyləyib: "Bunu qəbul edə bilmədi. Tez-tez şiddət göstərir, "məndən ayrıla bilməzsən” deyirdi”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR