Keçmiş icra başçısı oğlunun şəhid olduğu yerə getdi - \"Oğluma həsəd apardım\"

Keçmiş icra başçısı oğlunun şəhid olduğu yerə getdi - \
Vətən Müharibəsi şəhidi Səid Rəşidzadənin atası Nofəl Qasımov oğlunun şəhid olduğu Hadruta gedib.

Sfera.az xəbər verir ki, 3 gün öncə doğum günü olan N.Qasımov özəl gününü övladının şəhid olduğu məkana səfər etməklə keçirib.

Füzuli rayonunun keçmiş icra başçısı olan Nofəl Qasımov oğlu Səid Rəşidzadənin uşaqlıq və məzar daşı fotolarını paylaşaraq bu qeydi yazıb: "Məni təbrik edənlərin hamısına minnətdaram, getmişdim oğlum Səidin şəhid olduğu Şişqayaya, Səidin sancdığı bayrağı dəyişməyə, yəni Hadruta.

Getdim və gəldim! Mən ömürümdə heç kimə həsəd aparmamışam, ancaq Şişqayaya qalxanda, oğlum Səidə həsəd apardım. İlahi bunlar bura necə çıxıblar?”

Qeyd edək ki, baş leytenant Səid Rəşidzadə oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Daha sonra Prezidentin sərəncamı ilə "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
 

 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...