Karantinə əməl edərək özümüzü və ətrafımızı qoruyaq

Karantinə əməl edərək özümüzü və ətrafımızı qoruyaq
 

.Karantin — xəstəliyə yoluxduğu şübhəli bilinən insan və ya heyvanları müəyyən bir ərazidə xəstəliyin yayılmaması üçün saxlanılmasıdır. Sözün kökü italyancadan gəlir. "qırx" (40) mənasını verir. XVI əsrdə Venesiya Respublikasının əsas gəlir mənbəyi dəniz ticarəti idi, buna görə də ölkəyə tez-tez başqa ölkələrdən gəmilər gəlirmiş. Başqa ölkərdən gələnlərin özləriylə xəstəlik gətirib şəhərdə yayılmaması üçün Venesiya dövləti gəmiləri 40 gün şəhər ətrafında saxlayırdı.

Bildiyimiz kimi 2020 ci il mart ayından bütün dünyada, həmçinin Azərbaycanda da koronavirus pandemiyasının yayılması ilə əlaqədar karantin rejimi elan edilmişdir. Bu rejim biz insanların virusa yoluxmaması və sağlamlığı üçün tətbiq edilmişdir. Karantin rejiminin şərtləri lazım olmadıqca çölə çıxmamağı bizə bildirir. Əsasən 65 yaş və yuxarı şəxslərin,körpələrin daha da qorunması məqsədilə çölə çıxmaması tövsiyə edilir.

Koronavirus pandemiyasına yoluxan şəxslər xəstəxanalara yerləşdirilir və ciddi şəkildə həkim nəzarəti altında saxlanılır. İnsanlar yoluxucu virusdan qorunmaq üçün tibbi maskalardan,əlcəklərdən və dezinfeksiyaedici maddələrdən istifadə edirlər. Həqiqətən də bu əməllərə riayət etmək öz sağlamlığımızı qorumaq üçündür. Cənab prezidentimiz İlham Əliyev və onun xanımı Birinci Vitse prezidentimiz Mehriban xanım Əliyeva vətəndaşlara özlərini virusdan qorumağı çağırışlarını edirlər.

Ölkəmiz digər ölkələrdən daha ciddi şəkildə karantin rejimindədir. Hal-hazırda ölkəmiz polis nəzarəti altındadır. Tibbi qoruyucu vasitələrdən istifadə etməyən, həm özünün, həm də digər vətəndaşların həyatını riskə atan vətəndaşlar polis tərəfindən cərimələnirlər. Əgər dövlət başçımız biz vətəndaşların sağlamlığı üçün və bizi koronavirus pandemiyasından qorumaq üçün çox ciddi tədbirlər görürsə,gərək biz də dövlət başçımıza dəstək olub onun virusla verdiyi qərarlara riayət edək. Gəlin özümüzü,yaxınlarımızı və ən əsası xalqımızı qorumaq üçün karantin rejiminin şərtlərini yerinə yetirək. O zaman bütün yoluxucu xəstəliklər bizdən yan keçəcək.

Nəsimi rayon gənci

Hüseynli Elşən Adil oğlu


OXŞAR XƏBƏRLƏR

Başqırdıstanda YENİ QANUN - Əcnəbilər daha çox vergi ödəyəcək

Başqırdıstanda patentlə işləyən əcnəbilərin vergisi artırılıb.   Sfera.az RBK-ya istinadən xəbər verir ki, bununla bağlı qanunu region rəhbəri Radiy...

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti “Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçiril...

"100 min əlavə məktəbəqədər hazırlıq yeri açılacaq" - Nazir

2026-cı ilin sentyabr-oktyabr aylarına 100 min əlavə məktəbəqədər hazırlıq yerinin açılması hədəflənib.   Sfera.az xəbər verir ki, bunu elm və təhsil...

Milli Məclisin iclası ləğv olundu

Azərbaycan Milli Məclisinin dekabrın 4-nə planlaşdırılan plenar iclası ləğv olunub.   Sfera.az  xəbər verir ki, buna səbəb dekabrın 3-də keçiril...

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambley...

“Tarixən Türk Birliyi ideayası həmişə aktual olub” – VİDEO

“Tarixən Türk Birliyi ideayası həmişə aktual olub. Tarixin müxtəlif dövründə bu birliyin formalaşması üçün addımlar həyata keçirilsə də bunu həyata keçirm...