Karantin yenidən sərtləşdirilir? – RƏSMİ

Karantin yenidən sərtləşdirilir? – RƏSMİ
 

"Yoluxmaların sayında azalma var. Lakin növbəti payız aylarında pik hədd və mövsümi qriplər olacaq”.

 

Bu fikirləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva səsləndirib.

 

Rəvanə Əliyeva bildirib ki, son brifinqdə də qeyd edildiyi kimi koronavirusa yoluxanların sayında xeyli azalma olsa da, bütün dünyada olduğu kimi Azərbaycanda da bir sıra qabaqlayıcı tədbirlər görülməkdədir.

 

"Payız aylarında pik hədd və mövsümi qriplər olacaq. Bunu Yaqut xanım da vurğulayıb. Orada da deyildi ki, biz hazırlıq görürük. Çarpayı sayımızı artırırıq. İstənilən halda, Azərbaycanda virus itməyib. Dünyada da vəziyyət eynidir. Bir dönəm çox xəstə oldu və yüngül simptomlu xəstələr evdə müalicə edildi. Əlavə çarpayı fondunun olması zərərli deyil. İstəyirik ki, daha yaxşı xidmət göstərək”, – deyə Rəvanə Əliyeva qeyd edib.

 

 

Belə olduğu təqdirdə sərt karantin rejiminin yenidən sərtləşdirilməsi gözlənilirmi?

 

Mövcud gedişat hazırda yumşaldılmanın olması üçün şərait yaratsa da, payız ayları üçün bunu demək tezdir. Mütəxəssislər də bildirir ki, yenidən koronavirusa yoluxanların sayında artım olacağı təqdirdə sərt karantin rejimi tətbiq edilə bilər. Belə olacağı təqdirdə SMS icazə sistemi yenidən aktivləşə və bir çox iş yerləri fəaliyyətlərini müvəqqəti dayandıra bilər.

 

Qeyd edək ki, sərt karantin rejiminin tətbiq edilməsi yalnız Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı ola bilər.(qazet.az)


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...