Kapital Bank yeni ev alanlara “Hədiyyə sertifikatı” təqdim edir

Kapital Bank yeni ev alanlara “Hədiyyə sertifikatı” təqdim edir
Kapital Bank daxili ipoteka ilə ev alan müştərilərə "Hədiyyə sertifikatı” təqdim edir.
 
Bankdan Sfera.az-a verilən məlumata görə, bu sertifikat vasitəsilə yeni evin təmiri üçün lazım olan materialları və eyni zamanda zəruri olan bütün ev əşyalarını, həmçinin xidmətləri partnyor mağazalarından endirimli qiymətlərlə əldə etmək olar. Bütün bunlarla yanaşı 166 yükdaşıma şirkətinin xidmətlərindən də yararlanmaq mümkündür.
 
Məlumat üçün bildirək ki, ev almaq arzusunda olanlar artıq illik 8%-dən başlayaraq 20 il müddətinə bankın öz vəsaiti hesabına verilən daxili ipoteka kreditindən bəhrələnə bilərlər. İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 1 ildən 20 ilədək təşkil edir. Kapital Bank ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər.
 
Qeyd edək ki, minimal ilkin ödəniş 20%-dən başlayır. İpoteka krediti verildikdə əksər proseslər əlavə vaxt itkisi olmadan birbaşa bank tərəfindən həyata keçirilir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər. 
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
 

OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...