Kanadada koronavirusa qarşı vaksinin sınağı keçiriləcək

Kanadada koronavirusa qarşı vaksinin sınağı keçiriləcək
 Kanada Səhiyyə Nazirliyi koronavirusa (COVID-19) qarşı hazırlanan vaksinin ilk sınağının keçirilməsinə icazə verib.

Sfera.az xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Tryudo bəyan edib.

Onun sözlərinə görə, testlər Dolhauz Universitetinin Vaksinologiya mərkəzində keçiriləcək:

"Əgər həyata keçirilən peyvənd sınaqları müvəffəqiyyətlə nəticələnsə, peyvəndi ölkəmizdə istehsal edib əhaliyə paylayacağıq”.

Qeyd edək ki, Kanadada koronavirus infeksiyasına ilk yoluxma 15 yanvarda qeydə alınıb. Hazırda ölkədə 75 min insanda COVID-19 aşkarlanıb, 5,5 mindən çox xəstə dünyasını dəyişib, müalicə alan 37,2 min pasiyent sağalıb. (report.az)

OXŞAR XƏBƏRLƏR