No Image
No Image

Kamran Əliyev Türkiyənin Baş Ombudsmanı ilə görüşdü - FOTO

Kamran Əliyev Türkiyənin Baş Ombudsmanı ilə görüşdü -  FOTO
Oktyabrın 21-də Baş Prokuror Kamran Əliyev Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç ilə görüşüb.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, qonağı səmimi salamlayan Baş prokuror Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimiz” və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.

Baş Prokuror sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirmişdir ki, Türkiyə Respublikasının rəhbərliyi və xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə öz mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərib.

Qeyd edilib ki, Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə  4, 11 və 17 oktyabr tarixlərində mülki əhalinin sıx yaşadığı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri beynəlxalq səviyyədə qadağan edilmiş "Skad” raket qurğusundan atəşə tutulub və nəticədə ümumilikdə 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub, 292 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-i uşaq olub, 1981 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 386 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.



Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına  xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan ASALA terror təşkilatının üzvlərinin də iştirak etmələri müəyyən edilib.

Eyni zamanda, işğal olunmuş ərazilərimizdə bir neçə xarici şirkətlərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməklə, bu və digər qeyd edilən cinayət faktları ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işləri başlanmış və müvafiq sənədləşdirmə aparılmaqla təqsirkar şəxslərin beynəlxalq müstəvidə ifşa edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə bütün mümkün olan tədbirlər görülməkdədir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Şərəf Malkoç Ermənistanın təxribat xarakterli əməllər törədərək dinc əhalinin sıx yaşadığı məntəqələrin qəsdən və hədəfli şəkildə atəşə tutulması ilə bağlı törədilən cinayət əməllərinin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar bəyanatla Birləşmiş Millətlər Təşkilatı və insan hüquqlarının müdafiəsi üzrə  beynəlxalq təşkilatlar qarşısında çıxış edəcəyini xüsusi vurğulayıb.

Şərəf Malkoç bir millət, iki dövlət olaraq Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib və onun haqq işini hər zaman olduğu kimi dəstəklədiyini qeyd edib.         

Görüşdə maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə Ombudsman Səbinə Əliyeva da iştirak edib.

OXŞAR XƏBƏRLƏR

Türkiyə HƏRƏKƏTƏ KEÇDİ - Ordu döyüş vəziyyətinə gətirildi

Şərqi Aralıq dənizində Avropa İttifaqının "İrini" əməliyyatmı çərçivəsində Türkiyəyə məxsus "Roseline-A" ticarət gəmisində qanunsuz axtarış aparılmasından sonra...

Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO

Cəbhə bölgəsindən evlərinə dönməyə hazırlaşan rəşadətli əsgərlərimiz əylənərək rəqs edirlər.  Sfera.az xəbər verir ki, döyüşçülər hərb həyatlarının a...

Türkiyədə korona ilə bağlı son məlumat

Türkiyədə gün ərzində daha 177 nəfər koronavirusdan dünyasını dəyişib. Sfer.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir....

Qazaxın işğal altında olan 7 kəndi mütləq qaytarılacaq

"Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsini hələ u...

Əlixan Səmədovun qardaşı intihara cəhd etdi - FOTO

Xalq artisti Əlixan Səmədovun qardaşı, 1966-cı il təvəllüdlü Vəlixan Səmədov özünü Sumqayıtda Sülh küçəsində avtomobilin altına atıb.  Sfera.az xəbər...

Bu rayonlarda iki gün qaz olmayacaq

Diametri 1 200 mm olan 'Mozdok-Qazıməmməd" yüksək təzyiqli magistral qaz kəmərində Qaz İxrac İdarəsi 2 gün ərzində təmir işləri aparacaq. Bu barədə Sfera....