No Image
No Image

Jurnalistlər Putin və Baydenin görüş zalına daxil ola bilmədilər - VİDEO

Jurnalistlər Putin və Baydenin görüş zalına daxil ola bilmədilər - VİDEO
ABŞ Prezidenti Co Baydeni müşayiət edən jurnalistlərdən bir neçəsi danışıqlar otağının qapısında yaranan sıxlıq səbəbindən prezidentlər Vladimir Putin və Co Bayden arasında görüşün əvvəlinə çata bilməyiblər.

Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalının efirində müxbiri Ketlin Kollinz məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə hər iki ölkədən olan jurnalistlərin danışıq otağına eyni zamanda daxil olmasına icazə verilməsi planlaşdırılırmış. Lakin mühafizəçilər jurnalistlərin içəri daxil olmasına icazə verdikdən dərhal sonra hər bir mətbuat nümayəndəsi, xüsusilə də fotoqraflar daha yaxşı yer tutmağa çalışıblar. Yaranmış sıxlıq səbəbilə ABŞ prezidenti ilə gəlmiş jurnalistlərin bəziləri zala daxil ola bilməyiblər.

Sıxlıq təxminən 15 dəqiqə olub. Nəticədə içəri hər iki tərəfdən yalnız bir neçə operator və fotoqraf daxil ola bilib. Bundan sonra içəri daha heç kimin daxil olmaması barədə qərar qəbul edilib.

Görüşün qalan hissəsi jurnalistlər üçün qapalı keçirilib.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyə Ali Hərbi Şurasının toplantısı başladı

Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb.    Sfera.az  "TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Al...

Litva ilə Belarus arasındakı qarşıdurmanın ilk qurbanı: Döyülmüş miqrant sərhəddə öldü

Avqustun 4-də Belarus-Litva sərhədində şərqli  görünüşü olan, ölümcül döyülmüş gənc həlak olub. O, Belarus sərhədçiləri tərəfindən tapılıb və ilkin tibbi ...

Türkiyədə yanğın iki istilik reaktoruna yaxınlaşır - Partlayış təhlükəsi...

Türkiyənin Muğla bölgəsində meşə yanğınları təhlükəli nöqtəyə çatıb.   Sfera.az bildirir ki, yanğınların Milasda yerləşən iki istilik reaktoruna yaxınlaş...

Türkiyə meşə yanğınlarından dəymiş ziyanı hansı müddətə bərpa edəcək? - Açıqlama

Türkiyədə baş verən yanğınların ölkə iqtisadiyyatına mənfi təsirləri qiymətləndirilir. Digər müzakirə olunan məsələ isə yanğından sonra Türkiyənin dəymiş ziya...

Gənc oğlan kovidə görə kor olacaqdı - Kuryoz olay

Gözlərin irinli iltihabı prosesi gənc braziliyanı az qala kor qoyacaqdı. Sfera.az xəbər verirki, koronavorus infeksiyası səbəbindən baş verən bu unikal ti...

Silahlılar Əfqanıstanda nazirin evinə hücum etdi

Əfqanıstan müdafiə naziri Bismillah Xan Məhəmmədinin evinə silahlı şəxslər hücum edib. Sfera.az xəbər verir ki, bu barədə Kabil polisi məlumat yayıb. ...