İstehlak kreditlərinin bahalaşması əhalinin xərclərini ARTIRIR - Belə davam edərsə...

İstehlak kreditlərinin bahalaşması əhalinin xərclərini ARTIRIR - Belə davam edərsə...
2021-ci ildən istehlak kreditlərinin artması ilə bərabər bu növ kreditlərin bahalaşması müşahidə edilir. Manatla verilən istehlak kreditlərində faizlər ötən illə müqayisədə artaraq ən yüksək həddə çatıb. Dinamika göstərir ki, mövcud vəziyyətdə istehlak kreditlərinin bahalaşmasının qarşıdakı aylarda da davam etməsi ehtimalı böyükdür. 

Sfera.az bildirir ki, Azərbaycanda əhali istehlak kreditlərindən əsasən dəyəri yüksək olan malların alışı üçün istifadə edir. 2020-ci ildə və 2021-ci ilin ilk 8 ayında əhalinin gəlirləri azaldığından böyük xərcləri ödəmək məqsədilə istehlak kreditlərinə tələb artıb. Ehtimal ki, qeyd edilən səbəbdən istehlak kreditlərinə tələbdə artım qarşıdakı aylarda bir qədər də güclənəcək. 

Kreditlərə tələbin artmasını statistik məlumatlar da təsdiqləyir. 2020-ci ilin sonunda banklara istehlak kreditlərinə görə 3,66 milyard manat borc var idi. Kredit  borcu 2021-ci ilin iyunun sonunda 3,9 milyard manatı, avqustun sonunda 4,132 milyard manatı ötdü. Qısa müddətdə istehlak kreditləri üzrə borc 472 milyon manat və ya 12,9 faiz artıb. 

İstehlak kreditlərinin məbləğindəki artım ümumi kreditlərdəki artımdan xeyli böyük olub. Bu il ərzində ümumi kreditlər 7,4 faiz artıb. Ümumi kreditlərdəki artımın təxminən yarısı istehlak kreditlərindəki artım hesabına baş verib. 
 
İstehlak kreditlərini əsasən fiziki şəxslər götürür. Fiziki şəxslərin manatla aldığı kreditlərdə orta faiz ötən ilin sonunda 16,08 olduğu halda, bu ilin avqustun sonunda 16,3 faizə qalxıb. Pandemiyaya qədər fiziki şəxslərin aldığı kreditlərdə orta faiz 16,6-dan yüksək idi. 

Ehtimal ki, kreditləşmənin yenidən artması ilə əlaqədar fiziki şəxslərin aldığı kreditlərdə orta faiz daha da artacaq. Artım özünü 1 ildən 3 ilə qədər verilən kreditlərdə aydın göstərəcək. Əksər hallarda əhali istehlak kreditlərini 1 il və daha artıq müddətə götürdüyündən bu müddətə olan kreditlərdə faizlər də yüksək olur. Pandemiyaya qədər 1-3 ilə verilən kreditlərdə faizlər 18-ə yüksəlmişdi. Hazırda faizlər 17,2-dir və yəqin ki, yenidən həmin həddə qədər artacaq. 

İstehlak kreditlərinin bahalaşmasının yaratdığı əsas risk onun geri qaytarılmasının çətinləşməsidir. Bu növ kreditlər götürən şəxslərdə gəlirlər artmır, əksinə xərcləri bir qədər də böyüyür. Xərclərin artmasına təsir göstərən əsas amillərdən biri məhz faizlərdir. Faizlər yüksəldikdə borc götürənlərin xərcləri böyüyür və onun geri qaytarılma ehtimalı bir qədər də azalır. Buna görə də istehlak kreditləri üzrə faizlər tələbin artmasına baxmayaraq sürətlə artırılmamalı, hətta müəyyən həddi keçməsinə imkan verilməməlidir. İstehlak kreditlərində tövsiyə edilən faiz dərəcəsi isə 15-20 faiz intervalındadır. Azərbaycan kimi aşağı gəlirli ölkələrdə bu növ kreditlərin ucuz olması daha az risk yaradır.  

Vasif 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...