İsrail Qafqazdakı müharibədə niyə Azərbaycanın yanındadır? – Professor Brenda Şefferin məqaləsi

İsrail Qafqazdakı müharibədə niyə Azərbaycanın yanındadır? – Professor Brenda Şefferin məqaləsi

Corctaun Universitetinin professoru Brenda Şeffer İsrail mətbuatında Qarabağ münaqişəsi, bu müharibədə Azərbaycanın haqlı tərəf olması barədə məqalə ilə çıxış edib. Sfera.az sözügedən yazını oxucularına təqdim edir:



 

 

***

 

İsrail təhlükəsizlik maraqlarına malikdir, Ermənistanla müharibədə Azərbaycanı dəstəkləyir, ancaq burada İsrail üçün yalnız təhlükəsizlik maraqları öndə deyil.

 

İsrail ictimaiyyəti hazırda Qafqazda nələrin baş verdiyini izləyir. Bir çox israilli Qafqazdakı bu əraziləri tanıyır: bəzilərimiz Azərbaycandan olan yəhudi mühacirləri tanıyırıq, İsraildəki erməni icmasının üzvləri ilə dostluq edirik. Hamımız Qüdsdəki Erməni Məhəlləsini gəzmişik. Bundan əlavə, son illər çoxsaylı israilli Qafqaz bölgəsini gəzib.


İsrail dövlətinin Qarabağ münaqişəsilə ilə bağlı mövqeyi var. İsrail Azərbaycanla strateji müttəfiqdir. Bu ittifaq, göründüyü qədər çox sıxdır- İsrail müdafiə sənayesi məhsullarının satışı və Azərbaycan neftinin alınması (İsrailin idxal etdiyi neftin 30-40%).


İranla həmsərhəd olan Azərbaycan ən vacib təhlükəsizlik məsələlərində İsrailə köməklik edir - hətta İranın nüvə silahı əldə etməsini dayandırmaq səyləri də daxil olmaqla. Azərbaycan terrorizmə qarşı mübarizədə Təl-Əvivlə əməkdaşlıq edir və ABŞ ilə birlikdə ən yüksək səviyyədə kəşfiyyat əməkdaşlığı həyata keçirir.


İranda 30 milyon azərbaycanlı yaşayır. İran azərbaycanlılarının öz dillərindən istifadə etməsinə və ana dilində təhsilə icazə verilmir.

 

Azərbaycan əhalisinin əksəriyyəti şiə olsa da, Tehran münaqişədə xristian Ermənistanı dəstəkləyir. Bunun səbəbi Tehranın Azərbaycanın çiçəklənən və güclü olması fonunda İrandakı azərbaycan azlığı üçün cazibə mənbəyi ola biləcəyi və mərkəzi hökumətdən ayrılmaq istəklərinin baş qaldıracağından qorxmalarından qaynaqlanır.


Ermənistan İran və Rusiya ilə strateji tərəfdaşlığını davam etdirir. Ermənistanda iki Rusiya hərbi bazası var və Moskva bu ölkənin hava məkanını müdafiə edir.


Ermənistan İrana tətbiq olunan sanksiyalardan çıxmaq üçün ona yarımını təklif edib. Ermənistan baş naziri hətta ölkəsinin İran qazının Avropaya nəqlində tranzit yolu olmasınının mümkünlüyü haqda danışıb.


Şübhə yoxdur ki, təhlükəsizlik maraqları baxımından İsrail Azərbaycanla əməkdaşlıq etməli və İran, Suriya və Rusiyaya yaxın olan Ermənistanla əlaqədən qaçmalıdır. Amma bu əməkdaşlıqda təkcə təhlükəsizlik maraqları nəzərdən keçirilməməlidir.

 

İndi İsrail mətbuatında belə suallarla tez-tez qarşılaşırıq: Holokostdan keçən İsrail keçən əsrin əvvəllərində qırğına məruz qalmış ermənilərə dəstək olmalı deyilmi? Xristian olaraq ermənilər müsəlmanlar tərəfindən təqib olunan azlıq deyilmi? Bu suallarla bağlı bəzi təfərrüatları aydınlaşdıraq.

1990-cı illərin əvvəllərindən Ermənistan və Azərbaycan arasında başlanan müharibə zamanı İrəvan təxminən 800.000 azərbaycanlını zorla evlərindən qovdu və onları qaçqın vəziyyətinə saldı.


Ermənistan nəinki Dağlıq Qarabağı, hətta ermənilərin ümumiyyətlə yaşamadığı digər geniş əraziləri də işğal edib. Bu gün döyüşlərin əksəriyyəti bu ərazilərdə gedir. Ermənistan Dağlıq Qarabağdan kənar işğal olunmuş ərazilərdə yaşayış məntəqələri salıb.


Evlərindən deportasiya edildikdən sonra, ərəb ölkələrindən fərqli olaraq, Azərbaycan qaçqın düşərgələrində nə sığınacaq saxladı, nə də siyasi kart kimi qaçqınlarını istismar etdi. Fələstinlilərdən fərqli olaraq, azərbaycanlılar dünyanın diqqətini onların vəziyyətinə yönəltmək üçün terrorizmdən istifadə etmədilər.

Azərbaycanlılar inanırdı ki, BMT, ABŞ, Avropa və digərləri işğal olunmuş əraziləri Azərbaycanın ərazisi kimi tanıdıqları üçün dünya ölkələri və beynəlxalq qurumlar münaqişənin həllinə kömək edəcək və yüz minlərlə azərbaycanlı qaçqın evlərinə qayıdacaq.


İsraillilər deportasiya və azərbaycanlı qaçqınlar barədə niyə eşitmədilər? Terrorizmdən istifadə etmədikləri üçün bu, beynəlxalq sistemdən yalnız terrordan istifadə edənlərin müalicə aldığı doğru bir mesajdır?


İsrail müsəlman xalqlarla əlaqələr qurmağa çalışmalıdır. İsrail və Azərbaycan arasında 30 ildir isti münasibətlər mövcuddur. Azərbaycan İsrailin müsəlman məkanında qanuni bir amil olmasına kömək edib. Bu, BƏƏ kimi ölkələrin İsrail ilə açıq təmas qurmaq qorxusunu aradan qaldırmasına kömək etdi.


Övladlarım İsraildə böyüdülər. O illərdə onları Azərbaycana gətirəcəyimə söz verdim ki, bütün müsəlman dünyasının İsrailə və Yəhudilərə qarşı olduğunu düşünmədən böyüsünlər. Terrorizmin qanunsuz olduğunu - qaçqın düşmüş xalqların olduğunu bilmələrini istəyirdim. Münaqişədə indi Azərbaycan Golyat deyil, Daviddir. İsrail və Azərbaycan arasındakı ittifaq yalnız təhlükəsizlik maraqlarından deyil, həm də mənəvi düşüncələrdən qaynaqlanır.


Ermənistan Azərbaycanla sülhə nail olmaq üçün ədalətli davranmadır. Erməni hərbi qüvvələri işğal olunmuş ərazilərə nəzarət edir. Dağlıq Qarabağdakı "nazir" lərin əksəriyyəti Ermənistan hökumətinin nümayəndələridir. Hətta Ermənistanın bundan əvvəlki iki prezidenti əvvəllər Dağlıq Qarabağda "nazir" vəzifəsini tutublar.


Əvvəlki ABŞ rəhbərliyi dövründə gedən danışıqlarda ermənilərə Türkiyə ilə ticarət və əlaqələr yaratmaq müqabilində işğal olunmuş ərazilərin bir ərazisindən (Dağlıq Qarabağ xaricində) geri çəkilmək təklif edilib. Lakin Ermənistan bu təklifi rədd etdi.

 

Tərcümə etdi: Rüfət

Sfera.az 

OXŞAR XƏBƏRLƏR

“Azərbaycanda xristian mədəni soyqırımı haqda qorxu əsassızdır” - Şneor Seqal

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsveçrənin ən aparıcı informasiya resursu olan "Tribune de Geneve” portalında "Azərbaycanda xristian mə...

"Fransa həmsədrlikdən getməli olacaq" - Monteskyu

"Fransada Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətsiz mövqe dini ayrı-seçkilik zəminində baş verir". Sfera.az xəbər verir ki, bunu Fransanın fəxri s...

Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sfera.az xəbər verir ki, sərəncamda deyilir: ...

XİN-dən fransız parlamentarilərlə bağlı xəbərə REAKSİYA

"Azərbaycan Respublikasının onun beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlər ilə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyi...

“Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq”

"Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”. Sfera.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa m...

Rusiya Müdafiə Nazirliyindən mina əməliyyatı ilə bağlı açıqlama

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məs...