İspaniyada \"Qarabağ\" idman klubu açıldı

İspaniyada \

 

 

İspaniyada yaşayan azərbaycanlı idmançı "Qarabağ" idman klubu açıb.

Bu barədə Oxu.Az-a diaspor məsələləri üzrə ekspert Elnur Eltürk məlumat verib.

E.Eltürk bildirib ki, klubun rəhbəri Şamo Eyvazov peşəkar kikboksinq üzrə İspaniya çempionudur:

"Vətənpər və ürəyi Azərbaycanla döyünən insandır. Bu onun çoxdankı arzusu idi. Məqsəd klubda həm idmançı yetişdirmək, həm də "Qarabağ"ın adını yaşatmaqdır. Xüsusilə idmançıları klubun adı altında nüfuzlu yarışlara çıxarmaqdır".

Klub sentyabrın 2-dən fəaliyyətə başlayacaq.

Ş.Eyvazov 20 aprel 1992-ci ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. 2009-cu ildə həmin kənddə Nəriman Bəşirov adına tam orta məktəbi bitirib. 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə İspaniya Kantabriya vilayətinin Torrelaveqa şəhərində yaşayır.

Şamo bu günə qədər 64 döyüş keçirib. Onun 51-i qələbə ilə başa çatıb.

 



OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...