İsmayıllı rayonunun yeni icra başçısı kimdir? - DOSYE

İsmayıllı rayonunun yeni icra başçısı kimdir? - DOSYE
Bu gün İsmayıllı rayon İcra Başçısı vəzifəsinə tiyinat alan Nahid Rza oğlu Bağırovu oxuculara daha yaxından tanıtmaq üçün onun tərcümeyi-halını təqdim edirik.  

-  4 Aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.

1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirib.

2000-2001-ci illərdə 177 №-li Hərbi Hissədə hərbi xidmətdə olmuşdur.

1998-2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində, 2001-2005-ci illərdə "Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışmışdır.

2009-cu ildən etibarən və hal-hazırda Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədridir.

2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilmişdir.

2018-ci ildən etibarən və hal-hazırda Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvüdür

2018-ci ildən etibarən və hal-hazırda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavinidir.

2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə ”Fəxri Turizm İşçisi", 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən "Fəxri Aviasiya İşçisi” adına layiq görülmüşdür.

2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...