İşləmədiyi müddətdə pul almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

İşləmədiyi müddətdə pul almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
 İşsizlikdən sığorta ödənişi artıq elektron qaydada təyin ediləcək. Bunun üçün vətəndaşların hansısa quruma vaxt sərf edərək getmələrinə ehtiyac qalmayacaq. Ödənişin təyin edilib-edilməməsi isə 10 gün ərzində bəlli olacaq...

İşsizlikdən sığorta almaq üçün öncədən vətəndaşlar sosial müdafiə şöbələrinə müraciət etməli idilər. Ancaq artıq bütün bu proseslər tam olaraq elektron qaydada icra ediləcək. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq" altsisteminin təmin etdiyi electron xidmət sayəsində mümkün olacaq.

Ekspert Rəşad Həsənov bildirir ki, işsizlikdən sığorta məsələsinin elektronlaşdırılması çoxsaylı insanın problemini qısa zamanda həll etməyə imkan verəcək.

Nazirlikdən verilən məlumata görə, sığorta ödənişini almaq hüququna malik şəxs "Məşğulluq" altsistemində işsiz kimi qediyyata alındıqdan sonra sistemdə yerləşdirilən ərizəni təsdiq edir. Şəxsin müraciəti altsistem tərəfindən 10 gün ərzində baxılaraq, sığorta ödənişinin təyin edilməsi və ya edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bu qərar şəxsin elektron kabinetində yerləşdirilir və ya mobil telefon nömrəsinə ismarıc göndərilir.

Rəşad Həsənov bildirir ki, öncədən bu sahədə bir sıra çatışmazlıqlar var idi və buna görə insanların əksəriyyəti işsizlikdən sığorta haqqını əldə edən zaman ciddi çətinliklərlə rastlaşırdılar.

Sığorta ödənişi isə təyin edildikdə şəxsin işsiz kimi qeydiyyata alındığı aydan sonrakı ayın ilk iş günündən hesablanır. Sığorta ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək halların biri baş verdikdə, altsistem tərəfindən 10 gün ərzində baxılaraq sığorta ödənişinin məbləğinin dəyişdirilməsi barədə qərar çıxarılır. Bu barədə də məlumat şəxsin elektron kabinetində yerləşdirilir və mobil telefon nömrəsinə ismarıc göndərilir.


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...