İrqçiliyə yol verən azarkeşlərə ömürlük qadağa qoyuldu

İrqçiliyə yol verən azarkeşlərə ömürlük qadağa qoyuldu
Çexiyanın "Slaviya" (Praqa) klubu Şotlandiya "Reyncers"inin futbolçusu Qlen Kamara ilə bağlı irqçi bannerin müəlliflərini və onunla şəkil çəkdirən azarkeşlərini cəzalandırıb.

Sfera.az-ın məlumatına görə, bu barədə Praqa təmsilçisinin prezidenti Yaroslav Tvrdik klubun rəsmi tvitter səhifəsinə açıqlamasında deyib.

Funksioner irqçiliyə yol verən fanatların bir daha komandanın ev oyunlarına buraxılmayacağını, onlara ömürlük qadağa qoyulduğunu bildirib.

O, həmin şəxsləri müəyyənləşdirmək üçün polislə yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.

Qeyd edək ki, "Reyncers" və "Slaviya" komandaları arasında Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında qonaq komandanın müdafiəçisi Ondrjey Kudela ilə meydan sahiblərinin yarımmüdafiəçisi Qlen Kamara arasındakı qalmaqal baş verib. İddiaya görə, Kudela oyun vaxtı Kamaraya qarşı irqçi ifadələr işlədib. Nəticədə 34 yaşlı arxa xətt oyunçusu final fitindən sonra tuneldə naməlum şəxs tərəfindən döyülüb.

Bu hadisədən sonra "Slaviya" azarkeşləri üzərində "Kamara adi zəncidir" ifadəsi yazılmış irqçi banner hazırlayaraq, bununla foto çəkdirib və sosial şəbəkələrdə yayıblar.

İlk matçda "Reyncers"lə 1:1 hesablı heç-heçə edən "Slaviya" cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...