İrəvan Bakını Moskva-Pekinlə üz-üzə qoymağa çalışıb?

İrəvan Bakını Moskva-Pekinlə üz-üzə qoymağa çalışıb?
Bəzi qüvvələr hələ də bu üsullar üzərində çalışırlar. Lakin gəlin hər şeyi ardıcıl nəzərdən keçirək. 2021-ci il oktyabrın 11-də thomsonadam.co.uk internet resursunda Böyük Britaniyanın NATO yanında keçmiş səfiri Adam Tomsonun belə bir başlıqlı materialı dərc olunub: "NATO-nun Xəzər sahilinə baxışı".

Sfera.az Caliber.az-a istinadən xəbər verir ki, məqalənin müəllifləri guya Adam Tomson və Birləşmiş Krallığın alyans yanında hazırki səfiri Sara Makintoşdur.

Məqalənin leytmotivi Zəngəzur dəhlizidir. Materialda belə təxribatçı ideyalar əks olunub ki, guya Azərbaycan ilə Naxçıvan arasında quru yolunun bərpası rəsmi Bakının NATO-ya üzvlüyünə yol açacaq və həm Rusiyanın, həm də Çinin maraqlarına zərbə vuracaq.

Lakin biz materialın əvvəlində heç də nahaq yerə "feyklər” haqqında danışmadıq. Belə ki, yoxlanıldıqdan sonra bu məqalənin də "qəzet ördəyi” olduğu ortaya çıxıb. Bunu müəyyən etmək heç də çətin olmayıb. Bu ifşanı isə elə Adam Tomsonun özü edib. O, öz tviter hesabında bu dezinformasiyaya heç bir aidiyyatı olmadığını açıqlayıb.

"Mənim şəxsi bloqum yoxdur, mənim adımdan yaradılmış bloq isə saxtadır və mən bu barədə polisə məlumat verəcəyəm”, - Tomson yazıb.

Diqqəti çəkən məqam Tomsonun təkzibinə ilk reaksiya verənin "@ArmenianBreakingNews” nikli istifadəçinin olmasıdır.

Təkzibi dəstəklədiyini göstərməyə çalışan bu istifadəçi saxta məqalənin skrinşotunu paylaşıb və bununla da bu dezinformasiyanın daha da yayılmasına şərait yaradıb.

Bundan başqa, məqaləyə şərh bildirən və paylaşanların çoxu ermənilər də onların təəssübünü çəkən istifadəçilərdir. Məlumdur ki, tviterin alqoritminə görə, çoxu rəy və paylaşım tvitin daha çox yayılmasına şərait yaradır.

Livan ermənisinə məxsus bu istifadəçi profili 2020-ci ildə 44 günlük müharibə dövründə yaradılıb. Bu profildə fars şovinizmini təbliğ edən və Azərbaycan haqqında dezinformasiya və yalanlar paylaşan "MiranPress” informasiya resursu açıq şəkildə dəstəklənir. Bundan əlavə, bu resursun arxasında xüsusi xidmət orqanlarının izi görünür. Resursun ən son paylaşımlarından biri ilə tanış olun:

Dünən "MiranPress” teleqram-kanalında NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Ermənistanın rəsmi nümayəndəsi ilə görüşü paylaşılmış xəbərdə yuxarıda haqqında danışılan saxta məqaləni əks etdirən narrativ təkrarlanıb. Orada deyilirdi ki, "Bildiyiniz kimi NATO Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir”.

Adam Tomson yazdığı iddia edilən saxta məqaləyə qayıtsaq, üç açıq nəticə özünü göstərir.

Birincisi, bu məlumat məhz o zaman ortaya çıxdı ki, rayonda, o cümlədən Zəngəzurda nəqliyyat dəhlizlərinin tezliklə açılacağı barədə söhbətlər getdikcə artdı. Bu isə onu göstərir ki, müəyyən qüvvələr nəqliyyat kommunikasiyalarının açılmasının qarşısını almaq üçün planlar hazırlayırlar.

İkincisi, Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılması kontekstində NATO-nun xatırlanması Rusiya və Çin kimi geosiyasi ağır çəkili dövlətləri qıcıqlandırmaq məqsədi daşıyır.

Üçüncüsü, bu təxribatçı addımın İranla Azərbaycan arasında gərginliyin azalması fonunda Bakı ilə Tehran arasında növbəti qarşıdurmaya töhfə verən yeni bir tətikçi olması nəzərdə tutulur.

Və sonda xatırladaq ki, rəsmi Bakı Qoşulmama Hərəkatının tərəfdarı olduğunu və heç bir hərbi-siyasi bloka qoşulmaq niyyətində olmadığını dəfələrlə bəyan edib.

Bəs bu nüanslar erməniləri və onların feyk-komentlərinə canıyananlıq edənləri maraqlıdırmı? Sual ritorikdir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva helikopter qəzası ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində hərbi qulluqçula...

Azərbaycanda 5-ci kolon yenidən fəallaşır – Arxasında duran ŞƏXSLƏR

Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda dəyişən reallıqlar Azərbaycan üçün yeni uğurlarla yanaşı, əzəli düşmənlərin də fəallaşmasına səbəb olub. &...

Azərbaycanda 67 nazir müavinindən 6-sı qadındır... - Onlar kimlərdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri Fərid Qayıbova yeni müavinlər təyin olunub. Onlardan biri İndira Hacıyeva,...

Gənclər və idman nazirinə 2 yeni müavin təyin edildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova iki müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Preziden...

Kremldən Soçi görüşü ilə bağlı bəyanat: "Putinin təşəbbüsüdür..."

Xəbər verildiyi kimi, bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtə...

İlham Əliyevlə Paşinyan bu tarixdə görüşəcək

Azərbaycan və Ermənistan liderləri dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər. Sfer...