İranlı nazir müavininə hücum cəhdi oldu

İranlı nazir müavininə hücum cəhdi oldu
Hərtərəfli Birgə Fəaliyyət Planının birgə komissiyasının iclasından öncə üzv ölkələrin nümayəndələri ilə müzakirələr aparmaq məqsədilə Avstriya paytaxtı Vyanada səfərdə olan İran xarici işlər nazirinin müavini Seyid Abbas Araqçiyə hücum cəhdi olunub.

Sfera.az-ın məlumatına görə, kimliyi açıqlanmayan şəxs İran xarici işlər nazirinə qarşı ifadələr işlədib və ona hücum etmək istəyib. Təhlükəsizlik qüvvələri həmin şəxsin qarşısını alıblar.

İran xarici işlər nazirinin müavininin Vyanada nüvə sazişinə üzv ölkələrin nümayəndələri ilə ayrı-ayrılıqda müzakirələri davam edir.

İrana qarşı müxtəlif qruplar Hərtərəfli Birgə Fəaliyyət Planının birgə komissiyasının keçirildiyi binanın qarşısında etiraz aksiyası keçiriblər.

İran Vyanadakı səfirliyi Avstriya polisinə İranın müzakirə heyətinin təhlükəsizliyinin qorunması ilə bağlı lazımi məlumatlar verib.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...