İranın yeni prezidenti kimdir? – DOSYE

İranın yeni prezidenti kimdir? – DOSYE
İranın yeni prezidentinin adı məlum olub. İranın Secki Qərargahı açıqlayıb ki, iyunun 18-də keçirilən seçkinin ilkin nəticələrinə əsasən, İbrahim Rəisi qalibdir.

Artıq prezident Həsən Ruhani xələfini təbrik edib.
 
İbrahim Rəisi kimdir?

İbrahim Rəisi 1960-cı ildə İranın əsas dini mərkəzlərindən biri olan Məşhəddə (Noqan məhəlləsində) anadan olub.

O, 15 yaşında İranın dini-siyasi, ideoloji mərkəzinin nüvəsi sayılan Qum hövzəsində təhsil alır.

İbrahim Rəisi hüquqşünasdır. 

Rəisi 1981-ci ildə Kərac şəhərinin prokuroru vəzifəsində çalışıb. Daha sonra isə vəzifəsində bir az da irəliləyərək Həmadan vilayətinin prokuroru kürsüsündə əyləşib.

Az müddət sonra isə, Loristan, Səman və Kirmanşah bölgələrinin prokuroru olub. Onun fəaliyyəti ali dini rəhbər Seyid Əli Xameneinin ürəyincə olduğundan daha yüksək vəzifəyə təyinat alır. O, 1989-cu ildə Tehranın baş prokuroru təyin edilir.

Rəisi 1994-cu ildə ölkənin Müfəttişlik Təşkilatının sədri seçilir 10 il bu vəzifəsində çalışır.  

 2004-cü ildən 2014-cü ilədək ölkənin Ali Məhkəməsinin birinci müavini və 2014-2015-ci illərdə isə ölkənin baş prokuroru postunda fəaliyyət göstərib.

2015-ci ildə ölkənin Ali Dini Rəhbəri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunur. 

Qeyd edək ki, İbrahim Rəisi, bundan əvvəlki prezident seçkilərində də (2017-ci ilin mayın 19-u) namizəd olub.
 
(azxeber)

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...