İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış və qoşun tədbirləri davam etdirilir.

Sfera.az xəbər verir ki, DSX-dan APA-ya verilən məluma görə, bu ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində və "Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi planlaşdırılan 1 kq 265 qram "tiryək”, 156 qram "heroin” və 107 qram "metamfitamin” narkotik vasitə aşkarlanaraq götürülüb. Faktlar üzrə cinayət işləri başlanılıb, təqsirləndirilən 2 nəfər Azərbaycan Respublikası vətəndaşları 1981-ci il təvəllüdlü Rzayev Bəhruz Şaird oğlu və 1981-ci il təvəllüdlü Rzayeva Pərvanə Əli qızı barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Sentyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xid¬¬məti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin mühəndis çəpərinin üzərindən 4 ədəd bağlamanı atması və digər şəxsin bu bağlamanı götürərək ərazidən uzaqlaşması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadı dövlət sərhədini pozaraq bağlamanı atmış şəxsi təqib edərək İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Fərşad Sərhəngi Əliabbas oğlunu sərhəd pozucusu qismində saxlanılıb.

 

Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində bağlamanı götürüb ərazidən uzaqlaşan şəxsin Azərbaycan Respublikasının vətəndaşı 1961-ci il təvəllüdlü Hüseynov Dilavər İsgəndər oğlu olması müəyyənləşdirilib və o, şübəhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı D.Hüseynov götürdüyü bağlamanı Astara şəhər sakini 1970-ci il təvəllüdlü Əliyeva Bahar Əsgər qızının evində gizlətdiyini bildirilib. B.Əliyevanın evinə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 2 kq 245 qr olan "heroin” narkotik vasitə aşkarlanaq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Bakıda korrupsiyaya qarşı əməliyyat keçirildi: Vəzifəli şəxs tutuldu

  Bakıda vəzifəli şəxsin həbs edilməsi üçün əməliyyat keçirilib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, əməliyyatı Baş Prokuror yanında Korrupsiyay...

Karantini pozan taksi sürücüsü saxlanılıb

 Paytaxtın Nizami rayonunda xüsusi karantin qaydalarını pozaraq polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barə...

SON DƏQİQƏ! Azərbaycanda baş həkim və beş tibb bacısı COVID-19-a yoluxdu

 Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub. Sfera.az apa-ya istinadən xəbər verir ki, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmə...

"Lotu Quli" tutuldu - SON DƏQİQƏ

  "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifov saxlanılıb.   Sfera.az xəbər verir ki, o, Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizl...

Bakı səmasında naməlum obyekt — AZ ÖNCƏ GÖRÜNDÜ-ANBAAN VİDEO

 Bakı səmasında naməlum obyekt əhalini təşvişə salıb.   ''Ölkə.Az'' xəbər verir ki, Bakının Əhmədli qəsəbəsində görüntülənən naməlum obyekt böyük...

Ötən gün baş verən yol qəzalarında 5 nəfər ölüb

  Ötən gün respublikanın avtomobil yollarında qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətin...