İranda qadınlar milli futbol komandasının oyunlarını stadiondan izləyə biləcəklər

İranda qadınlar milli futbol komandasının oyunlarını stadiondan izləyə biləcəklər
 

İranda qadınlar milli futbol komandasının qarşıdakı oyunlarını stadiondan izləyə biləcəklər. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın idman və gənclər naziri Məsud Soltanifər deyib. 

"Milli futbol komandanın bu ilin sentyabr ayında Tehranda oyunu var və növbəti oyun gələn ilin mart ayında keçiriləcək. Qadınların stadionda oyunları izləməsi üçün ayrıca giriş, ayrıca oturmaq üçün yer, ayrıca xidmət və təhlükəsizlik qüvvəsi nəzərdə tutulub”.

 

Bundan öncə İran Futbol Federasiyası ölkənin qadınlarının DÇ-2022-nin seçmə mərhələsininin matçlarının stadiondan izləməyinə icazə verildiyini açıqlamışdı.

Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınların futbol matçlarına getməyinə qadağa qoyulub. Bu ölkənin millisi DÇ-2022-nin seçmə mərhələsində İrak, Bəhreyn, Kamboca və Honkonqla bir qrupda yer alıb.

Xatırladaq ki, FİFA prezidenti C.İnfantino iranlı qadınların stadiondan oyun izləməyinə icazə verilməsi üçün İran Futbol Federasiyasına məktub göndərmişdi.


OXŞAR XƏBƏRLƏR