İranda prezident seçkiləri necə nəticələnəcək? - “Sürpriz istisna deyil”

İranda prezident seçkiləri necə nəticələnəcək? -  “Sürpriz istisna deyil”
"Sabah İranda prezident seçkisidir. Seçkiyə 7 namizəd qeydə alınmışdı, 4-ü qaldı, 3-ü namizədliyini geri götürdü”.
 
Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O xatırladıb ki, Əlireza Zakani, Səid Cəlili və Möhsün Mehralizadə namizədliyini götürən şəxslər olub:

"Birinci iki siyasətçi namizədliklərini mühafizəkarların lideri sayılan İbrahim Rəisinin xeyrinə geri götürdüklərini bildiriblər. Hər ikisi tərəfdarlarını seçkidə İbrahim Rəisiyə səs verməyə çağırıblar. İslahatçı namizəd sayılan Möhsün Mehralizadə isə tərəfdarlarına kimi dəstəkləməyi məsləhət görməyib. Bununla Əbdülnasir Həmmati seçkidə yeganə islahatçı namizəd kimi qalıb. 

Böyük ehtimalla Əlireza Zakani və Səid Cəlili namizədlikləri qeydiyyatdan əvvəl İbrahim Rəisini dəstəkləyəcəklərini müəyyənləşdirmişdilər. Yəni hər iki namizəd faktiki İbrahim Rəisinin "layihəsi” olub. İranda keçiriən son rəy sorğusu prezident seçkisində İbrahim Rəisinin qələbə çalacağını göstərir. İbrahim Rəisi son sorğunun nəticəsinə görə 57 faizlə irəlidədir. O biri namizədlər 2-5 faiz arasındadırlar”.

E.Şahinoğlu qeyd edib ki, namizədliklərini geri götürən 3 nəfərin toplam reytinqi 5 faiz civarında idi:

"Ancaq İranda sorğu nisbi xarakter daşıyır. Son sözü həmişəki kimi ölkə əhalisinin əksəriyyətini təşkil edən İran gəncliyi deyəcək və sürpriz istisna deyil.  Seçkiyə bir neçə gün qalmış İŞİD qruplaşmasına məxsus terrorçular İran-İraq sərhədində partlayış törədiblər. Onlar elektrik xəttini partladıblar. Nəticədə İrandan İraqa elektrik ixracına bir müddət fasilə verilib. Seçki günü İranın bütün məntəqələrində təhlükəsizlik tədbirləri artırılacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...