İran Təhlükəsizlik Şurasının katibi Azərbaycandan niyə “inciyib”? - Açıqlama

İran Təhlükəsizlik Şurasının katibi Azərbaycandan niyə “inciyib”? - Açıqlama
"Prezident İlham Əliyevin İranın işğal dövründə Qarabağdan narkotrafik marşrutu kimi istifadə etdiyi haqda fikirlərindən sonra Tehran yenə inciyib”.
 
Bu sözləri Sfera.az açıqlamasında siyasi şərhçi Asif Nərimanlı İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin "İran dünyada narkotika ilə mübarizədə qəhrəman ölkədir” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, İran heç bir halda hansısa sahədə qəhrəman ola bilməz:

"Bunu Şəmxaninin Azərbaycanı "şeytanların ağır cəzası olan tələlərinə diqqət edin” sözləri ilə təhdid etməsində də görə bilərik. Məsələ ondadır ki, İranda narkotikdən istifadə gündəlik həyat tərzinə çevrilib. İranlı jurnalist Ramin Mostaqhim "Los Anceles Times” nəşri üçün hazırladığı reportajda yazır:

"İnsanlar tiryəki bükmək üçün kolların və xurma ağaclarının arxasında oturur və açıq şəkildə istifadə edirlər. Hətta həkimlər və tibb bacıları da istifadəçidir”.
İranda narkomaniya problemi milli epidemiyaya çevrilib: rəsmi şəxslər, həkimlər, kasıblar, zənginlər, dindarlar və dünyəvilər heroin də daxil olmaqla müxtəlif narkomaddələrdən istifadə edirlər. Tehranın qərbində reabilitasiya mərkəzinin direktoru Həsən Rəzəvi deyir ki, narkomaniya cəmiyyətin bütün təbəqələrinə yayılıb: "Din xadimlərinin, ayətullahların övladları belə bizim klinikada müalicə olunurlar”.

O, son bir neçə ildə narkomaniyadan əziyyət çəkən 250 xəstəsinin olduğunu deyir: xəstələri arasında cərrahlar, sənətçilər, aktyorlar, müəllimlər, dövlət şirkətlərinin menecerləri və digər əməkdaşları da var.

Politoloqun fikrincə, narkomaniya probleminin əsas səbəbi İranın Əfqanıstandan Avropaya tiryək və heroin daşınmasında əsas marşrut olmasıdır:

"İranlı həkimlər bildirir ki, sanksiyaların tətbiqindən sonra ölkədə narkomanların sayı daha da artıb. İqtisadi durğunluq insanların məyusluğunu artırır və bütün çətinlikləri unutmaq üçün narkotikdən istifadə edirlər. Kef məclislərində narkotikdən açıq şəkildə istifadə olunur. Skripkaçı Şabanəli Mirşəkər deyir ki, ilk dəfə 12 yaşında bir məclisə ifa etmək üçün gedəndə onu tiryəkdən istifadə etməyə məcbur ediblər. Ondan sonra asılılıq yaranıb.

BMT-nin Narkotiklərlə Mübarizə İdarəsi İranın ən böyük problemlərindən birinin nakomaniya olduğunu bildirir. Rəsmi məlumatlara görə, ölkədə 3 milyona yaxın narkotikdən istifadə edən var, lakin reabilitasiya mərkəzlərinin həkimləri real rəqəmlərin daha çox olduğunu bildirir Əfqanıstandan narkotiklərin gətirilməsi, istehsalı və Avropa bazarına çıxarılması işini İranın yüksəkçinli şəxsləri himayə edirlər”.

Ekspertin sözlərinə görə, İran Qarabağdan iki məqsədlə istifadə edirdi:

"Birincisi, narkotik daşınmasında marşrut kimi;

İkincisi, xammalın istehsalı üçün laboratoriya kimi.
 
Amerikalı diplomatların Ağ Evə göndərdikləri məxfi qrifli hesabatlarını yayan "Vikiliks” saytında da İranın Qarabağda narkotrafik və istehsal mərkəzi olaraq istifadə etdiyi haqda məlumatlar var idi. Tehranın ortaqları isə keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan olub. İstisna deyil ki, Paşinyan da sələflərinin mirasını davam etdirir”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...