\"İran bu gün də Xankəndinə “humanitar yardım” adı altında yük daşıyır\" - Politoloq

\
"İran işğal dövründə təkcə Ermənistana yox, Qarabağdakı separatçılara da dəstək verən ölkədir”.
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı ötən gün sosial mediada səs-küyə səbəb olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin İranla bağlı açıqlamasından danışarkən bildirib.

A.Nərimanlı vurğulayıb ki, İran bu gün də Xankəndinə "humanitar yardım” adı altında yük daşıyır:

"İranda Qarabağın işğaldan azad edilməsini dövlət təhlükəsizliyini təhdid kimi görən qüvvələr də var, hətta bununla bağlı müzakirələr də keçirilib. Azərbayan dövləti İranın nə olduğunu yaxşı bilir, buna rəğmən, dövlət ağlı ilə hərəkət edir. Xüsusilə mühafizəkarların gəlişindən sonra Azərbaycanın islahatçıların dövründə qarşısını böyük ölçüdə ala bildiyi dini ideologiya ixracının artacağı bəllidir. Belə bir məqamda dövlət ağlı iki qat həssas olur. Son günlər İranın dini dairələrinə jestlərin edilməsi də təsadüfi deyil”.

Ekspert qeyd edib ki,  şeyxin "Xamneyinin fitvasının Qarabağın azadlığına təsiri” fikri barıtın çox olmasıdır və bu ifadənin səbəbləri də çoxdur:
"Amma onu da unutmamalıyıq ki, nə etsək də İranın Azərbaycan siyasəti dəyişmir, dəyişməyəcək”.

Xatırladaq ki, şeyxülislam Allahşükür Paşazadə "Təzəpir” məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında "Ayətullah Xameneinin "Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”, deyə bildirib. Onun bu fikirləri əksəriyyətin narazılığına səbəb olub.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...