Dövlət Agentliyi və Azərbaycan Beynəlxalq Bankı “Startap günləri” layihəsinə başladı

Dövlət Agentliyi və Azərbaycan Beynəlxalq Bankı “Startap günləri” layihəsinə başladı
 

 

İndiyə qədər müştərək layihələrlə bir sıra faydalı təşəbbüslərə imza atmış Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə "Startap günləri” layihəsinə başlayır. Aprelin 8-də Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən mətbuat konfransında layihə ictimaiyyətə təqdim olunub.

 

Bu təşəbbüs universitet tələbələri üçün nəzərdə tutulub. Layihə çərçivəsində ölkəmizdəki ayrı-ayrı universitetlərdə "Startap günləri” keçiriləcək. Hər hansı startap ideyası olan gənclər bura cəlb olunacaqlar. Tələbələr öz startaplarını fərdi, yaxud komanda şəklində təqdim edə bilərlər. Yetərincə əsaslandırılmış real ideyaların müəllifləri üçün "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində hazırlıq təlimləri təşkil olunacaq. Bu təlimlərdə xüsusi fərqlənən gənclərə öz ideyalarını reallaşdırmaq üçün lazımi kömək göstəriləcək.

"Startap günləri”nin aprel, may və iyun aylarında Bakı şəhərindəki Turizm və Texnologiya Peşə Liseylərində, Azərbaycan Texniki Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Ali Neft Məktəbində, Bakı Dövlət Universitetində, Qərb Universitetində, həmçinin ASAN Könüllüləri Təşkilatında keçirilməsi nəzərdə tutulur.


Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, bank innovativ təşəbbüsləri hər zaman dəstəkləyib və bu dəstəyi gələcəkdə də davam etdirəcək: "Startap ideyalarına malik gənclərə kömək göstərməklə biz ümumən cəmiyyətimizin gələcəyinə sərmayə qoymuş oluruq. Öz biznes layihələrini reallaşdırmağa başlayan gənclərimizin yanında olmaqdan qürur duyuruq”.

"Startap günləri” layihəsinə iyulda təşkil ediləcək "Startap Azərbaycan” konfransı ilə yekun vurulacaq.

 


OXŞAR XƏBƏRLƏR

Marketlərdəki dondurmalar keyfiyyətlidir? - AQTA-dan CAVAB

Yay mövsümündə sərinlədici təsirə malik olan və xüsusilə uşaqların, eləcə də böyüklərin sevimli qidasına çevrilən dondurma məhsulları əhali arasında geniş isteh...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndində - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndin...

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...