"Əsrin müqaviləsi” imzalanmasaydı... - Əliyev

"1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın neft sənayesində yeni dövr başlayıb”.


Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın "Caspian Drilling” Şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində söyləyib.


Dövlət başçısı deyib ki, Azərbaycan neft sənayesi üçün çox önəmli addımlar atılıb:

 

"Dərin Özüllər Zavodunun tikintisinə ulu öndərin təşəbbüsü ilə 1970-ci illərdə başlanıb. Başqa variantlar da var idi, Xəzərin digər sahillərində bu zavodun tikintisi nəzərdə tutulurdu. Heydər Əliyevin müdaxiləsi və səyləri nəticəsində Dərin Özüllər Zavodu üçün tikinti yeri Bakı seçildi. Bu zavodun ölkəmizin, neft sənayesinin inkişafı üçün əvəzolunmaz rolu var. Hələ 70-ci illərdə neftayırma zavodlarının modernləşdirilməsi, digər layihələrin icrası Azərbaycanda neft sənayesinin inkişafına xidmət göstərirdi. Müstəqillik dövrünə gəlincə, əgər 1994-cü ildə xarici tərəfdaşları Azərbaycana investisiya qoymağa cəlb etməsəydik, bu gün Azərbaycanın iqtisadi vəziyyəti tam fərqli ola bilərdi. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə idi. Mən o günləri yaxşı xatırlayıram. Bu mərasimdə iştirak edən Xoşbəxt Yusifzadə ilə birlikdə biz danışıqlarda iştirak etmişik. 1994-cü ilin may ayında İstanbulda və 1994-cü ilin iyul-avqust aylarında ABŞ-ın Hyuston şəhərində danışıqlar aparırdıq ki, Azərbaycan üçün ən məqbul şərtləri təmin edək. Eyni zamanda həm də elə edək ki, xarici investorlar qaçmasın, onlar üçün də yaxşı şərait yaradılsın. Hesab edirəm ki, biz hər iki tərəf üçün məqbul variantı əldə etdik. Gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi” imzalandı və bu gün uğurla icra edilir. "Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan bu qədər inkişafa nail ola bilməzdi. Bunu hamı bilməlidir. Bizim uğurlu inkişafımızın əsas mənbəyi xüsusən 1990-cı illərdə "Əsrin müqaviləsi” və bu layihədən əldə olunan gəlirlərdir”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...