Siqaretlərə görə güzəşt büdcəyə nə qədər ziyan vurdu? – AÇIQLAMA

Siqaretlərə görə güzəşt büdcəyə nə qədər ziyan vurdu? – AÇIQLAMA

"Vergi Məcəlləsində tütün məmulatlarını və spirtli içkilərin şəxsi istehlak məqsədilə ölkəyə gətirilməsinə dair güzəştlərdən şəxsi tələbat üçün yox, satış məqsədilə istifadə edilir”.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qubada səfərdə olan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu hal büdcə proqnozunu yerinə yetirməyə problem yaratmasa da, büdcənin daha da zənginləşməsinə problem yaradır: 

"2016-cı ildə qanunvericilik çərçivəsində müəyyən məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq, yalnız tütün məmulatlarının idxalı ilə bağlı 2015-ci illə müqayisədə həmin mal mövqeyi üzrə büdcəyə ödənilən məbləğdə 100 mln. manatdan çox azalma müşahidə olunub”.

A.Əliyev bildirib ki, gömrük qanunvericiliyində biznes mühitinin və sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının imzaladığı bir sıra sənədlərin tətbiqi il bağlı işlər aparılır. DGK-nin sədri yaşıl dəhlizin daha geniş tətbiqi ilə bağlı yeni müraciətləri araşdırdığını qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Sakit okeanda 15 metrlik sirli monolit tapılıb - FOTO

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) tədqiqatçıları Sakit okeanının dibində, Havay adalarının şimal-qərbində yerləşən "Papahanaumokuakea" dən...

Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasındadır

ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına daxil olub.    Sfera.az xəbər verir ki, bu barədə Miçiqan konq...

Mayın 1-dən bu şəxslərin pensiyası ARTIRILACAQ

2025-ci il yanvarın 1-dən işləməyən vətəndaşlar üçün pensiya artırılıb. Sfera.az  “News24.az”a istinadən xəbər verir ki, bir şəxsin p...

Hindistanda turistik ərazilər bağlandı

Ötən həftə Hindistanın Kəşmir bölgəsində turistlərə qarşı törədilən hücumdan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə çərşənbə axşamı etibari...

Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 20 ölkənin xüsusi xidmət orqanları nümayəndələrinin iştirakı ilə Bakı şəhərində...

ŞƏMKİRDƏ 2 yaşlı körpə həyatını itirdi

Şəmkirdə körpə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.   Sfera.az xəbər verir ki,  azyaşlı uşaq dərmandan zəhərlənib. Hadisə rayonun ...