Sumqayıtda "yaşıl hidrogen" istehsal olunacaq

Sumqayıtda "yaşıl hidrogen" istehsal olunacaq

2027-2028-ci illərdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində "yaşıl hidrogen” istehsalına başlanılması planlaşdırılır.

 

Sfera.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan-Bolqarıstan birgə müəssisəsi olan “Caspian Lubricants Recycling”in baş direktoru, Bolqarıstanın “Torec Engineering” şirkətinin rəhbəri Kalin Runtev deyib.

 

"Əgər zavodun işə salınması planlaşdırıldığı kimi bu ilin noyabr-dekabr aylarında baş tutarsa, növbəti mərhələdə "yaşıl enerji”nin istehsalını təmin edəcək, sonra isə "yaşıl hidrogen” istehsalına başlayacağıq. Bu enerji növü yanacaq kimi və ikinci qrup baza yağlarının istehsalı üçün xammal kimi (hidrotəmizləmə, distillat fraksiyası və s.) istifadə olunacaq. Bu, bizi Cənubi Qafqazdan Pakistana qədər olan məkanda unikal edəcək - ən yaxın analoji istehsal 3 000 km məsafədə yerləşir", - K.Runtev qeyd edib.

 

Onun sözlərinə görə, hidrogen istehsalı üzrə layihəqabağı işlərə 2026-cı ildə başlanılacaq. Hidrogen qurğusunun işə salınması və II qrup yağların istehsalı 2027-2028-ci illərdə gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Ukraynada Rusiyanın hücum etdiyi qaz kəməri işləyir

Çərşənbə günü Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmış Ukraynanın cənubundakı "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib....

Tramp Putinin Zelenski ilə danışıqlar üçün şərtini açıqladı

ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərinə bildirib ki, danışıqlara ərazi güzəşti daxil olarsa Rusiya lideri Vladimir Putin sülh danışıqlarını qəbul ed...

Gecə yarısı tez-tez oyanmağın əsas səbəbi - Nevroloqdan tövsiyələr

Gecə yuxudan tez-tez oyanmaq problemi bir çox insanı narahat edir.   Sfera.az Milli.az-a istinadən xəbər verir ki, bu vəziyyətin səbəbləri ilə bağlı ...

Azərbaycanda içkili avtomobil idarə edən VƏZİFƏLİ ŞƏXS SAXLANILIB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib..   Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir...

Nəbatat Bağında piknik yeri bağlandı - Səbəb

Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.   Sfera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya...

Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq - Ünvan

Avqustun 9-u və 10-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda ...