"Aeroflot" bəzi reysləri ləğv edəcək

İqtisadiyyat
10:18 / 28.07.2025
5617
Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" aviaşirkətin informasiya sistemlərində nasazlıq səbəbindən reyslərin cədvəlində məcburi düzəlişlər ediləcəyi barədə xəbərdarlıq edib.
Sfera.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Aeroflot"un teleqram kanalında məlumat verilib.
"Aviaşirkətin informasiya sistemlərinin işində nasazlıq baş verib. Xidmətlərin işində fasilələr ola bilər. Bununla əlaqədar olaraq, həyata keçirilən reyslərin cədvəlində məcburi düzəlişlər gözlənilir", - məlumatda bildirib.
Bildirilir ki, şirkət xidmətlərin normal işinin tezliklə bərpası üzərində işləyir.