“Qarabağ” daha bir transferini açıqladı


“Qarabağ” daha bir transferini açıqladı

“Qarabağ” növbəti transferini reallaşdırıb. 

 

Sfera.azz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

Ağdam təmsilçisi Semmi Mmaeeni heyətinə qatıb. Tərəflər arasında 1 illik icarə müqaviləsi imzalanıb.

 

28 yaşlı mərkəz müdafiəçinin son klubu Zaqreb “Dinamo”su olub. Müdafiəçi “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.

 

Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/25 mövsümünün pley-offunda “Dinamo”nun heyətində “Qarabağ”a qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, klub bunadək daha üç futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyo, Fil Dişi Sahilindən olan Kris Kuakunu transfer edib.


OXŞAR XƏBƏRLƏR