Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

 

Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.53 ABŞ dolları və ya 3.82% artaraq 68,82 ABŞ dollarına bərabər olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66,29 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR