"Bu sanksiyalar Azərbaycanın diplomatik imkanını genişləndirəcək" - AÇIQLAMA

"Bu sanksiyalar Azərbaycanın diplomatik imkanını genişləndirəcək" - AÇIQLAMA

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Bu, Aİ-nin Rusiyanın Ukraynaya qarşı davam edən hərbi təcavüzünə cavab olaraq qəbul etdiyi 16-cı sanksiyalar paketidir. ABŞ-də isə respublikaçı senator Lindsi Qrem Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif edir. O, Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ciddi yanaşmaması və ya gələcək razılaşmaları pozması halında sərt sanksiyaların tətbiqini nəzərdə tutan “2025-ci il Rusiyaya Sanksiyalar Aktı” adlı ikipartiyalı qanun layihəsini təqdim edib.

 

Rusiya üzərindəki sanksiyalar Bakı-Tbilisi-Qars kimi alternativ nəqliyyat yollarını necə aktuallaşdırır?  Azərbaycan üçün yeni diplomatik imkanlar da yaranırmı?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Sultan Zahidov Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyalar paketini tətbiq etməyə hazırlaşdığını deyib. Politoloq bildirib ki, bu dəfə Aİ yeni bir mexanizmə keçid edir:

 

 

“Belə ki, bundan sonra sanksiyalarla bağlı qərarlar birlik şəklində deyil, ayrı-ayrı üzv dövlətlərə fərdi şəkildə təqdim olunacaq. Əvvəllər ümumi konsensus tələb olunduğundan, Macarıstan kimi ölkələrin vetosu sanksiyaların tam şəkildə həyata keçirilməsinə əngəl törədirdi. Yeni mexanizm isə bu cür maneələrin qarşısını alaraq Rusiyaya qarşı sanksiyaların daha geniş miqyasda tətbiqinə şərait yaradacaq”.

 

S.Zahidov bu prosesin Rusiya ilə Avropa arasındakı ticarət əlaqələrinin zəifləməsinə, xüsusilə də enerji və digər məhsullar üzrə iqtisadi münasibətlərin dayanmasına səbəb olacağını vurğulayıb.

 

Müsahibimizin sözlərinə görə, nəticədə, Şimal nəqliyyat dəhlizi öz funksionallığını böyük ölçüdə itirir:

 

“Belə bir şəraitdə Orta Dəhlizin strateji önəmi kəskin şəkildə artır. Cənub marşrutları da hazırda risk altındadır. Yəməndə husilərin Qırmızı dənizdən keçən gəmilərə qarşı təhdidləri bu istiqamətdə daşımaların təhlükəsizliyini azaldır və nəticə etibarilə Orta Dəhlizin potensialını daha da yüksəldir. Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tutumu bir milyon tondan beş milyon tona qədər artırılıb. Bu isə Avropa ilə Çin arasında, eləcə də əks istiqamətdə yük daşımalarının həcminin əhəmiyyətli dərəcədə artmasına imkan verir. Bu inkişaf, Azərbaycanın nəqliyyat-logistika qovşağı kimi rolunu gücləndirən mühüm amillərdən biridir”.

 

O qeyd edib ki, Azərbaycan Orta Dəhlizin inkişafına ən çox sərmayə qoyan ölkələrdən biridir:

 

“Bu da ölkəmizin Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində nəqliyyat-kommunikasiya yollarının kəsişməsində strateji mövqeyə sahib olduğunu bir daha təsdiqləyir. Orta Dəhlizin önəminin artması Azərbaycanın diplomatik imkanlarını da genişləndirir. Həmçinin, Bakı-Tbilisi-Qars xəttinin əhəmiyyətinin yüksəlməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində çəkisini artırır. Bu isə Azərbaycana daha çox diplomatik manevr imkanı verir, xarici siyasətin diversifikasiyası və milli maraqlara uyğun şəkildə istiqamətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...

Leyla Əliyeva Naxçıvandan paylaşım etdi -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Naxçıvana səfər edib.    Sfera.az xəbər verir ki, Leyla Əliyeva sosial şəbəkədə Naxçı...

Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama -VİDEO

"Bu ərəfələrdə fərqli şeylər oxuyuram: ürəklə, Allahın varlığı, Quranla, mənəviyyatımla bağlı. Spirtual şeylər... Buna bəziləri fal, cadu deyir. Vecimə dey...

Şirvanda yol qəzası olub, yaralılar var

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.   Sfera.az-ın məlumatına görə, hadisə bu gün ...